Celiılabad qaz acilisi 19.08.2015

Cəlilabad rayonunun Adnalı kəndinə ilk dəfə olaraq təbii qaz verilib. 426 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 min 573 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxiliqaz xətləri çəkilib, 426 ədə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə mavi qazın verilişi münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.Sonda qazın açılışını bildirən rəməzi məşəl alovlandırlıb. Ardınca qonaqlar evlərdə qazın verilişinə baxış keçiriblər.Qeyd edək ki, hazırda Cəlilabadda 10 kəndin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Daha 22 kəndin mavi yanacaqla təmin olunması da nəzərdə tutulub.

  • Müəllif: peris
  • Tarix 19-08-2015, 11:47
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 632
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac