12 yaşlı azərbaycanlı "Eurovision"da Belarusu təmsil edəcək 21,08,2015

 

Azərbaycanlı Ruslan Aslanov uşaqlar arasında "Eurovision-2015" mahnı müsabiqəsində Belarusu təmsil edəcək. Axşam.az-ın Belarus mediasına istinadən məlumatına görə, Ruslan milli seçim turunun finalında qalib gəlib.
Ona Belarus milli seçim mərhələsinin rəmzi olan büllur mikrofon təqdim edilib. Noyabr ayında Bolqarıstanın paytaxtında keçiriləcək uşaq "Eurovision" müsabiqəsinin səhnəsində çıxış etmək hüququ uğrunda 7 solo ifaçı, 1 duet və 2 qrup mübarizə aparıb.
Həm tamaşaçılar, həm də peşəkar münsiflər heyəti 12 yaşlı Ruslanın ifa etdiyi "Ecazkarlıq" ("Volşebstvo") mahnısını digər ifalardan daha  üstün hesab ediblər.
Səsvermənin nəticələri elan ediləndən sonra gənc ifaçı sevinc göz yaşlarını saxlaya bilməyib.
Əslən azərbaycanlı olan amma Belarusda yaşayan gənc ifaçı artıq bir neçə beynəlxalq layihədə özünü göstərib. Qazandığı bütün qələbələri əhəmiyyətli hesab edən Ruslan keçən il "Detskaya novaya volna" müsabiqəsində üçüncü yeri tutmasını və "Qolos.Deti" (Ukrayna) müsabiqəsini xüsusi qeyd edib.
  • Müəllif: peris
  • Tarix 24-08-2015, 05:17
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 546
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac