Sabirabadda mütəşəkkil cinayətkar qrup saxlanılıb.26.08.2015

Muteshekkil cinayetkar qrup yaxalandi-Sabirabad

Sabirabad polisi tərəfindən rayonda narkotik tərkibli bitkiləri əkib-becərən və hazır məhsula çevirərək satışı ilə məşğul olan 5 nəfərdən ibarət mütəşəkkil cinayətkar qrup saxlanılıb.

Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış- tədbirləri nəticəsində əvvəllər 8 azadlıqdan məhrumetmə cəzası məhkum olunmuş Sabirabad rayonunun Yenikənd kənd sakini, 54 yaşlı 1961-cı il təvəllüdlü Vəlixan Rəhimov və həmkəndlisi, əvvəllər 2 il azadlıqdan məhrumetmə cəzası məhkum olunmuş, 49 yaşlı Elməddin Əkbərov ilə tərkibində narkotik vasitə olan ümumi çəkisi 32,13 kiloqram 40 ədəd çətənə kolunu rayonun Yenikənd kəndi ərazisində böyürtkən kollarının əhatəsində əkib-becərmələri məlum olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmçinin onlardan 1,15 kiloqram qurudulmuş marixuana da aşkar edilərək götürülüb. başlanıb.

İstintaq zamanı məlum olub ki, Sabirabad rayon Yenikənd kənd sakinləri, 30 yaşlı Cavid Babayev və 25 yaşlı Nuhəli Rzayev avqustun 19-da saat 23.00 radələrində Vəlixan Rəhimov və Elməddin Əkbərov tərəfindən qanunsuz olaraq əkib-becərdikləri çətənə kolunun bir hissəsini satış məqsədi ilə talayaraq həmkəndliləri, əvvəllər məhkum olunmuş, 31 yaşlı Bayram Hüseynova saxlamaq üçün veriblər.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bayram Hüseynova verilən narkotik vasitə sonuncunun yaşadığı evin həyətindən 1,185 kiloqram miqdarında götürülüb.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



  • Müəllif: peris
  • Tarix 28-08-2015, 05:48
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 694
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac