Tovuzda Tehsil sayesinde inkisaf 11/09/2015

TOVUZDA TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLİB.

 Tovuz şəhər mədəniyyət evində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə 2014-2015-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr haqqında məruzə dinlənilib.

Tovuzda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə 2014-2015-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr haqqında məruzə dinlənilib. Qeyd olunub ki, respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da təhsil sahəsi öz inkişaf mərhələsini yaşayır. Bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 424 nəfəri tələbə adını qazanıb. Onlardan 92 nəfəri 500-dən, 37 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Bu il məzunların 39 nəfəri ali hərbi məktəb və liseylərə və hərbi tibb məktəbinə qəbul olunub. Ümumilikdə isə son səkkiz ildə hərbi məktəb və liseylərə daxil olan tovuzlu gənclərin sayı 500-dən çoxdur. Bildirilib ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər rayonda üç məktəb binası istifadəyə verilib. Bundan əlavə, dövlət vəsaiti hesabına 18 məktəb binası inşa olunub. Ali məktəblərə 600-dən yuxarı balla qəbul olunan məzunlar rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, Tovuz rayonun Düz Qırıxlı kənd 1176 şagird yerli 1 saylı tam orta məktəbi əsaslı təmir edilib, müasir istilik sistemi çəkilib, standartlara cavab verən fənn kabnetləri və sinif otaqları düzəldilib. Arıtıq məktəblilər növbəti dədris ilinə yeni məktəb binasında başlayacaqlar.

  • Müəllif: peris
  • Tarix 12-09-2015, 05:58
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 863
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac