dunyatv.az
CANLI YAYIN

Şəmkirdə evə basqın olub..16.09.2015

17-09-2015, 10:36

ŞƏMKİRDƏ YAŞLI ƏR VƏ ARVADA BASQIN OLUB.

: Şəmkirdə evə basqın olub. Yaşlı ər-arvad döyən basqınçılar onların 600 manatını aparıb.

Şəmkirin Qaracəmirli kəndində yaşlı kişi ilə qadının yaşadığı fermaya basqın olub. Basqın edən şəxs ferma sahibi, 79 yaşlı Qəzənfər Hacıyevi və onun həyat yoldaşı, 73 yaşlı Roza Hacıyevanı döyərək müxtəlif bədən xəsarətləri yetirib.

Xəsarət alanların qohumları bildirib ki, basqını kənd sakini 19 yaşlı Ürfət adlı oğlan törədib. 19 yaşlı gənc Qəzənfər Hacıyevin şəxsi təsərrüfatından heyvan satdığını öyrənib, oğurluq məqsədi ilə onun yaşadığı evə basqın edib. Ev sahibinin oyandığını bilən basqınçı yaşlı insanları döyüb, evdən içərisində 600 manat olan pulqabını aparıb.

Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qəzənfər Hacıyevin vəziyyətinin orta-ağır, Roza Hazıcyevanın vəziyyətinin kafi olduğu bildirilir.

 


Oxunub: 677

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.