Tərtər rayonunun Hacıqərvənd kəndinə təbii qaz verildi.17.09.2015

Tərtərin daha biryaşayış məntəqəsinə təbii qaz verildi.Rayonun Hacıqərvənd kəndinə mavi yanacagın verilməsi münasibətilə açılış mərasimi keçirilib.Açılışda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, ictimaiyyət nümayəndələri, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları və kənd sakinləri iştirak edib Tədbirdə çıxış edənlər sakinləri mavi yanacağın verilməsi münasibətilə təbrik edib, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, 552 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 50754 m müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 552 mənzilə məişət qaz sayğacı quraşdırılıb. Sonda qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb. 
  • Müəllif: peris
  • Tarix 17-09-2015, 10:44
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 791
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac