Tovuzda Həsən Kərəmov Keçi,qoç və digər heyvan buynuzlarından müxtəlif növ bıçaq düzəldir.17.09.2015

TOVUZDA BUYNUZADN BIÇAQ DÜZƏLDİLİR.

: Tovuzun Yuxarı Öysüzlü kəndində 60 ildir dəmirçiliyi yaşadan 80 yaşlı Həsən Kərəmov Keçi,qoç və digər heyvan buynuzlarından müxtəlif növ bıçaq düzəldir.

Keçi,qoç və digər heyvan buynuzları onun əsas istifadə etdiyi materyallardı. Tovuzun Yuxarı Öysüzlü kəndində 60 ildir dəmirçiliyi yaşadan 80 yaşlı Həsən Kərəmov nal düzəltməkdən tutmuş, kotan və digər kənd təsərrüfatı avadanlıqları, o cümlədən, məişətdə istifadə edilən dəmir əşyaları həm təmir edir, həm də onların yenisini düzəldir. Dəmirçinin əsas işi hazırda ata babasından bu günə kimi qalan "Öysüzlü bıçağı” hazırlamaqdır. Bu kəsiçi alətlərin dəmir hissəsini möhkəm kərənti ucluğundan, tiyəsini isə qoç, bəzən isə uzun keçi buynuzundan düzəldir.


Buynuz tiyəli bu bıçaqları dəmirçi Həsən öncə buynuz hissəsini isti kömürdə möhkəm qızdırır, onun əyrilərini düzəltdikdən sonra lazımi formaya salır. Daha sonra onun üzərinə naxışlar vurur. Əsasən o bıçağın tiyəsini sünbül işarələri ilə bəzəyir. Sənətkar bunu onunla izah edir ki bıçaqdan alıcıları əsasən çörək kəsmək məqsədilə istifadə etsinlər. Bu unikal bıçaqların birinin hazırlanıb başa çatmasına isə 80 yaşlı sənətkar 2-3 gün vaxt sərf edir. Ay ərzində buynuzlardan 15-20 bıçaq düzəldən Həsən kişi deyir ki zavod istehsalı olanlardan həm kəsiciliyinə, həmdə yüngül və ələ yatımlılığına görə fərqlənir. Həsən kişi düzəltdiyi bıçaqları elə da baha qiymətə satmadığını deyir. Onun əl işləri 1 manatdan başlayaraq 5, 7 manat arası dəyişir.


  • Müəllif: peris
  • Tarix 17-09-2015, 10:48
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 510
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac