dunyatv.az
CANLI YAYIN

Kabaçki kotleti resepti 18/09/2015

18-09-2015, 08:42


 

"Kabaçki” tərəvəzini çoxumuz tanıyır və faydasını da bilməmiş deyilik. Nə təəssüf ki, ondan hazırlanan yeməkləri çox da xoşlamırıq. Halbuki azyaşlı uşaqlar üçün və yaşlı insanlar üçün onun faydaları qat-qat çoxdur. Bu zərif tərəvəzdən hazırlanan "oladi – kotlet” yeməyini sizlərlə paylaşıram.


Tərkibi:
2 ədəd -   "Kabaçki” 
2 ədəd yumurta
50 qr  holland pendiri
5 x.q.  un
Duz, istiot, göyərti

Hazırlanması:
Kabaçki”lər soyulur və sürtgəcin iri gözündən keçirilir. Tənzifin arasından suyu yaxşıca sıxılır. Sürtgəcdən keçirilmiş pendir, yumurta, un, narın doğranmış göyərti, duz, istiot vurulub qarışdırılır. Kotlet formasına salınıb bol duru yağda qızardılır.

Nuş olsun!

 



Oxunub: 4 837

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.