Gənəgərçək yağının saç strukturuna təsiri 18.09.2015

Gənəgərçək yağı  saçlara əvəzolunmaz xeyir verərək onlara çox yaxşı təsir göstəriir.

O, unikal tərkibi sayəsində hər bir tükü görünməz plyonka ilə örtərək saçları çox yaxşı qidalandırır. Xüsusi ortük saç özəyinə qidalı maddələr hopdurur və üzərində nəmi qoruyub saxlayır. Bundan əlavə o, üzərində olan pulcuqları yapışdıraraq, zədələnmiş sahələri hamarlaşdırır. Nəticədə zədələnmiş saç strukturu hamarlaşaraq, saçın görkəminə sağlamlıq, parlaqlıq və hamarlıq verir.

Bundan əlavə  gənəgərçək yağı  nəinki saçın strukturuna, həmçinin baş dərisinə də çox yaxşı  təsir göstərir. Epitellərə hoparaq, hüceyrələrdə olan mübadilə prosesslərini yaxşılaşdırır, bakteriyaları məhv edir, iltihabı aradan qaldırır, dərinin elastikliyini artırır və qan dövranını gücləndirir. Saç soğanaqları xeyirli maddələrdən qidalanır və nəticədə güclənir və işi aktivləşir. Məhz follikul funksiyası və mübadilə prosesslərinin gücləndirilməsi səbəbindən, gənəgərçək yağını saçların uzadılması və həcmin artması üçün geniş istifadə edirlər.

Gənəgərçək yağı həmçinin müxtəlif dəri  xəstəlikərində istifadə olunur. Onun antibakteriyal, nəmlədirici, sağaldıcı və təmizləyici xüsusiyyətləri - kəpək, qaşınma, dərinin quruluğu , qıcıqlanma və qırmızılıq kimi problemlərin həllində köməkçi olur.

Gənəgərçək yağından olan maskalar, saçların uzanmasını tezləşdirir və yatmış soğanaqları oyadaraq, nazik saçları xilas edir.

Unutmayın, gənəgərçək yağını maska kimi istifadə etdikdən əvvəl 15 dəqiqə isitməniz məsləhət görülür(isti suyun içində). Bu halda onun xeyirli komponentləri saç səthinə daha yaxşı hopur.


 


  • Müəllif: peris
  • Tarix 18-09-2015, 08:44
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər / Sağlamlıq (Tibb) / Qadın Dünyası
  • Baxılıb: 595
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac