dunyatv.az
CANLI YAYIN

Nə gəlin qaynananın süpürgəsidir, nə də ki, qaynana gəlinin düşməni! 22/09.2015

22-09-2015, 12:30

Belə şeylərə görə də hər zaman evlərdə qaynana və gəlinlər arasında problemlər yaşanır. Qaynana da bir anadır, o da istəyir ki, oğlu təmiz geyinsin, oğlu yaxşı qidalansın, amma, varam o qadına ki, gəlin bilmirsə, onu acı dillə dindirib, danlamaqdansa kömək edə, başa sala. Məsələ burasındadır ki, gəlinlər də qaynanananın kömək etmə səyini yalnış başa düşürlər, qəbul etmirlər. Qayanana deyir "gəlinim bacarıqlı olsun”, gəlin deyir "mənə heç kim qarışmasın” və bu yerdə söz-söhbət başlanır. Amma, necə yaxşı olar ki, qaynana şirin dillə, təmiz ürəklə kömək edə, başa sala, gəlin də bunu sidq ürəkdən qəbul edə, öyrənə, qavraya!


Əgər hər iki tərəf də bir-birinin hər şeyinə qanedirsə, nə yaxşı! Hər kəs bir tərəfdə öz işini görür, vəssəlam! Hər halda həyat özü də bir məktəbdir, qız özü də istəsə hər şeyi öyrənə bilər.

Elə qaynanalar da var ki, gəlinlərinin "maşın-maşın cehiz”ləri yoxdur və bu zaman gəlin lap huri-mələk olsa da qaynana bu qızı sevmir ki, sevmir. Lap dəridən qabıqdan çıxsan da mütləq qaş-qabaq və acı dillə qarşılananlar da var. Eləcə də qaynananı sevməyən gəlinlər.Bu ünsürlər isə mənfi xarakterə, xüsusiyyətlərə malik olan insanlara
aiddir. Təəssüf ki, belələri də var.Nə gəlin qaynananın süpürgəsidir, nə də ki, qaynana gəlinin düşməni! Bir-birlərinə ən yaxın, ən doğma olacaqları halda  bir-birinə ən uzaq olan kəslərə çevrilirlər. Ailə balaca bir dövlətdir. Əgər ailədə çaxnaşmalar baş verəsə bu zaman dövlət zəifləyər, çökər. 
Kimsə qaynanası haqqında bəd danışırsa, onu  nahaq yerə pisləyirsə, ona qarğış edirsə, bu mənə çox pis təsir edir. Necə olur ki, həyat yoldaşıvı sevirsən, anasını isə gözün götürmür, anasının sizə gəlməsini, heç bərabər yaşamağı demirəm, siz də bir müddət qalmasını istməirsən?! Kim nə deyir desin, mən belə sevgiyə şübhə ilə yanaşıram. 
Ola bilsin ki, qaynanan həqiqətən də acıdildir, sənin sevgivə layiq deyil, amma, heç olmasa yoldaşının xatirinə hörmət etməlisən. Ən azından susmalı və yoldaşına özün ilə onun anası arasında seçim buraxmamalısan. Belə olmamalıdır.

Hər kəs fərqlidir, belə də olmalıdır və belə yaxşıdır. Belə olan halda həyat maraqlı olur. Həyat gözəldir, yaşamağa dəyər. Və ailə çox dəyərlidir. Sizcə bu həyatı didişərək, vuruşaraq, bir-birimizi üzərək keçirməyə dəyərmi? Halbuki, bir yerdə necə xoş günlər yaşamaq olar. 

Əsas məsələ budur ki, qaynanalar da gəlinlər də özlərini unudurlar. Qaynanalar unudur ki, özləri də gənc, gəlin olublar, özlərinin də bilmədikləri olub. Gəlinlər də başa düşmürlər ki, nə vaxtsa onlar da bir ana olacaqlar!

P.S. Yoldaşını həqiqətən sevən kəsin düşüncəsi: Səni Yaradan Allaha qurban olub, səni canında daşıyıb, dünyaya gətirən ananın qarşısında baş əyirəm!
Məncə belə olmalıdır. Amma, qaynananalar da bu sevginin qiymətini bilə.

 

 



Oxunub: 989

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.