Parfümü notlarından tanıyın 23/09/2015

Notlar yalnız musiqidə deyil, ətir seçimində də qarşımıza çıxır. Bəs ətirdə not anlayışı nədir, onun faydaları nədən ibarətdir?


Gəlin bu notları bir az daha yaxından araşdıraq. Ətirdə notlar üst, orta və alt olmaq üzrə üç yerə ayrılır. Notlar qoxuların buxarlanma müddətlərinə görə təyin edilir. Üst nota tez buxarlanan, alt nota isə bədəninizdə ən çox qalan qoxu aid edilir.

Üst not 
Ətriyyatçıda qolunuza sıxdığınız ətrin burnunuza çəkdiyiniz zaman aldığınız ilk qoxusu üst notdur. Ətrin özündən daha iddialı olsa da, asanlıqla uçur. Həm qadın, həm də kişi parfümlərində ən çox üstünlük verilən üst notlardan biri sitrus qoxusudur. Üst not, eyni zamanda "baş not" da adlandırılır.  

Orta not 
Üst not dərinizdən uçduqdan sonra qalan qoxuya "orta not" deyilir. Müəyyən müddətdən sonra ətrin qoxusu yüngülləşir və burnumuzu alt nota, yəni əsl qoxuya hazırlayır. O "qəlb not" da adlandırılır.  

Alt not 
Ətrin sizin dərinizdə buraxdığı təsirə "alt not" deyilir. Bədəninizə hopan qoxu təxminən 1 saat sonra ortaya çıxır. 1 saat ərzində dəriyə dərindən hopduğu üçün çox yavaş buxarlanır. Ətir seçərkən aldığınız ilk təəssürat ancaq üst notun təsirdir. Buna görə də, mütəxəssislər ətir seçərkən tez qərar verməməyi məsləhət görürlər. Ətri sınadıqdan 1 saat sonra qərarınızı verin.

 


  • Müəllif: peris
  • Tarix 23-09-2015, 06:21
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Qadın Dünyası
  • Baxılıb: 397
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac