dunyatv.az
CANLI YAYIN

Motivasiya qazandırmaq üçün məsləhətlər 28/09/2015

28-09-2015, 06:41

Motivasiya- insanı hərəkətə gətirən güc və hərəktlərin istiqamətini müəyyənləşdirən, onların düşüncələri, ümüdləri, inamları, qısası arzu, tələbat və qorxularıdır.


Motivləşdirmə- anlayışı çox aspektli və çox istiqamətlidir. Fred Lyutens göstərir ki, ayrı-ayrı müəlliflərin əsərlərində bu anlayış müxtəlif cür ifadə edilir; zərurət, motivlər, məqsədlər, arzu, ehtiras, tələbat, sövqetmə, mükafatlandırma, məramlar. Lakin "motivləşdirmə" latın sözü olub "sövqetmə", "oyatmaq" mənası verir.


Motivasiya; insan münasibətlərinə istiqamət verən ən önəmli faktorlardan biridir. Formasından asılı olmayaraq bütün müəssisələr, qurum və təşkilatların ortaq hədəfi insanların fəaliyyətlərini öz məqsədlərini gerçəkləşdirməyə yönəltməkdir. İşdən asılı olmayaraq nəticə etibrarı ilə istənilən məqsəd işin həyata keçirilməsidir. Bu işin görülməsi isə insanın istəkli olması, işi mənimsəməsi və yetərincə səy göstərməsindən asılıdır. Bu istəyi yaradan fərdin motivasiya səviyyəsidir.


Motivləşdirmə insanla bağlı olduğuna görə onun daxili və xarici hərəkətverici qüvvələrinin məcmunu təşkil edir.


Daxili motivasiya-, şəxsin işindən məmnun olması, həz alması, özü-özünü motivləşdirməsi, düşüncə və davranışlarının cəmini təşkil edir. 


Uzun və sıxıcı bir gündə motivasiyaya ehtiyac varsa, sağlam bir yemək, istirahət və bir az da əyləncə əhvalı yüksəltməyə və motivasiyanı gücləndirməyə yetərlidir.


Əhvalı və enerjinizi artırmağa şokolad dadmaq, yasəmən qoxulu otaqda yatmaq və istirahət etmək, sevgi dolu olmaq, qızartma balıq yemək, boş vaxtlarda gülməli filmlərə baxmaq da effekt verir. Qadınların xoşuna gələn manikür işi motivasiyanı gücləndirən amillərdəndir.


Çay içmək də faydalıdır. Qan dövranına xeyri vardır. Təbiətlə vəhdətdə olmaq da önəmlidir.


Ekzotik meyvələrdən dadmaq, boş vaxtlarda yoldaşlarınız və ya rəfiqələrinizlə gəzintidə olmaq əhvalı yüksəldən cəhətlərdən hesab olunur.


Gözəl bir yuxu və istirahət yenidən motivasiyanı bərpa edən amillərdən biridir.

Bəyəndim  Bəyənmədim

 



Oxunub: 898

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.