п»ї Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vururlar 29.09.2015 » Dunyatv.az

Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vururlar 29.09.2015

29 Sentyabr 10:10

Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vururlar (VİDEO)Sabahdan zəvvarlarımız mərhələli şəkildə vətənə geri dönəcək.
Ağır keçən Həcc ziyarəti artıq yekunlaşır.

ANS TV-nin məlumatına görə, zəvvarlarımız Həcc ziyarətinin sonuncu əməlləriniz həyata keçirirlər.

Mina dağında ziyarətlərini davan etdirən zəvvarlarımız sübh namazından sonra kiçik şeytanı daşlamaq üçün yola cıxdılar.

Minada şeytanın daşlandığı Jamarat adlanan məkan yenə ardı-arası kəsilməyən insan izdihamına növbəti dəfə şahidlik edirdi.

İki gün əvvəl böyük şeytanın daşlandığı gün iki zəvvar qrupunun qarşı-qarşıya gələrək toqquşması 800-ə yaxın insanın ölümünə elə bir o qədərinin də xəsarət almasına səbəb olmuşdu.

Hadisədən təsirlənən böyük zəvvar ordusu addımlarını bu dəfə daha diqqətli atırdı. Elə Jamaratda da lazımı təhlükəsizlik tədbirləri gürülmüşdü. Hər tərəf hərbiçilər və polislə dolu idi.

Əsgərlər sıxlıq yaranmaması üçün zəvvarlara yol göstərirdi. Nəzarət həm də helikopterler vasitəsi ilə havadan da edilirdi. Ona görə də zəvvarla bu günkü daş atma prosessini salamat başa vura bildilər.

"Artıq Həcc ziyarətini yekunlaşdırırıq. Allah bu ziyarəti mənə nəsib etdiyi üçün çox sevincliyəm. Buradan vətənimiz və xalqımız üçün hər zaman dua edirik. Eyni zamanda buranı ziyarət etmək arzusunda olan bütün müsəlmanlara bunu nəsib etsin”, - deyə zəvvar Aysel Nəcəfli fikrini açıqlayıb. 

Daşın şeytana nəyə görə atıldığını isə zəvvarların qrup rəhbəri hacı Şahin Həsənli belə izah etdi:

"Minada insan əslində öz daxili düşmənini, yəni öz nəfsini tanıyır. Məhz nəfsin vasitəsi ilə insanı azdıran şeytan o sütunlar vasitəsilə daşlanır. Burada əsas məqsəd daş atmaq deyil, burda hacının özü ilə mübarizə aparmasıdır. Ziyarətdən qayıtdıqdan sonra da hacı adını təsdiq etməsidir”.

Zəvvarlarımız Həcc ziyarətinin sonuncu əməlini isə gecə saatlarında Kəbə evinin ətrafına təvaf etməklə yekunlaşdırdılar.

Bu gündən etibarən zəvvarlarımız mərhələli şəkildə vətənə geri dönəcək.

 


  • Müəllif: peris
  • Tarix 29-09-2015, 05:13
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Video, Qadın Dünyası, Maraqlı
  • Baxılıb: 558
Bu bölməyə aid digər məqalələr:

Son xЙ™bЙ™rlЙ™r
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac