Yanan bina təmirdən sonra təhvil verildi 29.09.2015

29 Sentyabr 10:15

Yanan bina təmirdən sonra təhvil verildi (VİDEO)Binanın sakinləri bu gündən evlərinə köçür.
Paytaxtın Binəqədi rayonunda insan itkisilə nəticələnən yanğından sonra hündürmərtəbəli bina istifadəyə verildi.

ANS TV-nin məlumatına görə, Azadlıq prospektində yanan 16 mərtəbəli binanın əvvəlki görünüşündən demək olar ki, əsər-əlamət qalmayıb. Beş ay müddətində təmir edilən bina son tikinti standartlarına uyğun şəkildə təhvil verilib. Sovetlər dönəmində istifadəyə verilən binada təmirdən sonra lift sistemindən tutmuş, istilik sisteminə və yanğından təhlükəsizliyə qədər hər şey nəzərə alınıb.

Yanan köhnə tikilinin əsasında tam yeni bina inşa edilib.

"Təmiri həyata keçirən işçilər üçün bu çox ağır oldu. Ümumilikdə 500 nəfər işçi burada 24 saatlıq iş qrafikinə uyğun olaraq işləyirdi. Burada gərgin iş getdi”, – deyə sahə rəisi Vüqar Əliyev bildirib. 

Görülən işlərdən sonra 59 mənzilli binada təmir beş ay müddətində yekunlaşdı və bu gündən sakinlər öz evlərinə köçməyə başlayıb.

Təhvil verilən mənzillər mebel, vanna otağı akssesuarları, paltaryuyan və qaz sobası kimi məişət texnikası ilə təchiz edilib.

Bina sakini Gülnarə Əsgərova binada aparılan təmir işlərinin onu qane etdiyini deyir.

Sakinlərin bəziləri evlərinin yanğından əvvəl daha keyfiyyətli təmir olduğunu əsas gətirərək interyerdəki bəzi detallara irad bildirdilər.

Lakin hər kəsin ürəyincə olan məqam sovet dövründən qalan binada müasir yanğından müdafiə sisteminin quraşdırılması və liftin yenilənməsi idi.

59 mənzildən ibarət olan binanın daxilində də təmir işləri aparılıb. Tüstüyə bürünmüş divarlar Ukraynaistehsalı olan boya ilə boyanıb. Döşəmə isə mərmərlə işlənib.

Mərmər materialdan yalnız pilləkənlərdə deyil dəhlizdə və mənzillərin eyvanında da istifadə olunub.

Təhvil-təslim işlərinin yaxın bir həftə ərzində yekunlaşması gözlənilir.

 


  • Müəllif: peris
  • Tarix 29-09-2015, 05:16
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 635
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac