п»ї 20 il sonra doğulan uşaq arxa düşərək öldü - Faciə 30.09.2015 » Dunyatv.az

20 il sonra doğulan uşaq arxa düşərək öldü - Faciə 30.09.2015

öyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. AzadQadin.az APA TV-nin yerli bürosuna istinadən xəbər verir ki, hadisə Göyçayın Qaraxıdır kəndində qeydə alınıb.

Kənd sakini, 3 yaşlı Əsgər Cavanşir oğlu Kərimov yaşadığı evin həyətində oynayarkən valideyn nəzarətindən yayınıb və yaxınlıqdakı su arxına düşərək boğulub. Dərinliyi 2 metrdən çox olan və suyun iti axdığı arxda köməksiz vəziyyətdə qalan 3 yaşlı uşaq dünyasını dəyişib. Valideynlər əvvəlcə uşağın küçəyə çıxdığını və ya qonşu həyətə keçdiyini düşünərək onu xeyli axtarıblar. Sonradan uşağın cəsədini suya düşdüyü yerdən 150 metr aralıdan taparaq çıxarıblar.

Kənd sakini Şamil Həmidov hadisənin təfərrüatını belə açıqlayıb: "Ata elə bilib ki, uşaq anasının, ana isə elə bilib ki, atasının yanındadır. Kənd həyatıdır. Təsərrüfat işləri məşğul olarkən başları qarışıb. Ani məqamda uşaq arxa yaxınlaşıb, ayağı sürüşüb və suya düşüb".

Qeyd edək ki, ailənin 3 qız və bir oğlan övladı olub. Üç qız övladından sonra 20 il oğul həsrəti ilə yaşayan ailə arzusuna gec də olsa, çatıb. Amma valideynlərin oğul sevinci çox çəkməyib və 3 yaşlı Əsgər faciəli şəkildə dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 

 


  • Müəllif: peris
  • Tarix 30-09-2015, 06:24
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Video, Şəkillər
  • Baxılıb: 349
Bu bölməyə aid digər məqalələr:

Son xЙ™bЙ™rlЙ™r
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac