kagiz kababi resepti 30/09/2015

Tərkibi:

-500 q quşbaşı doğranmış dana əti,
-2 kök,
-1 su stəkanı göy noxud,
– soğan,
-4 yeməkqaşığı zeytun yağı,
-1 yemək qaşığı pomidor tomatı,
-2 pomidor,
-1 stəkan su,
-1 şirniyyat qaşığı kəklik otu,
-Duz,
-İstiot,

Hazırlanması:
Bir qazanda zeytun yağını qızdırın. Soğan və quşbaşı ətləri 2-3 dəqiqə qovurun. Tomat və suyu əlavə edib vam odda ətlər yumşalana qədər bişirin. Kartof, pomidor, və kökü küp –küp doğrayıb ətlərə əlavə edin. Tərəvəzlər yumşalanda noxud, duz, istiot və kəklik otunu da əlavə edərək 5 dəqiqə daha bişirərək ocaqdan götürün.

Yağlı kağızdan dördbucaqlı şəklində kəsin. Yeməyi kağızın ortasına tökün, kənarlarını ortasına doğru qatlayın. Kənarlarını da örtərək paket kimi bükün.

Qat yeri altda qalacaq şəkildə sobanın tavasına düzün. Kağızların üzərini isladın və 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!

 


  • Müəllif: peris
  • Tarix 30-09-2015, 11:22
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər / Qadın Dünyası
  • Baxılıb: 698
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac