dunyatv.az
CANLI YAYIN

Sumqayıt sakinləri yeni başçının qəbuluna köhnə problemlərlə gedir - See Sumqayıt-sakinleri-yeni-basçınn qebuluna-köne-problemlerle-gedir.05.10.2015

5-10-2015, 06:06

Vətəndaşlar icra nümayəndələrinin qayğıkeş münasibətindən məmnundur

Ötən həftəsonu Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında onlarla vətəndaş başçının qəbuluna yazılmaq üçün növbəyə dayanıb.
Qeyd edək ki, indiyə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətində qəbula düşmək üçün belə izdiham müşahidə olunmayıb. Vətəndaşlarla apardığımız söhbət zamanı məlum oldu ki, Sumqayıt sakinləri şəhərə yeni rəhbər təyin olunan Zakir Fərəcovun apardığı işlərdən və verdiyi vədlərdən ruhlanaraq problemlərinə daha isti münasibət göstəriləcəyinə inanıb onunla görüşməyə can atırlar. Sakinlər bundan əvvəlki rəhbərliyi özlərinə "yad" hesab etdikləri üçün qəbula gəlməyə belə lüzum bilməyiblər. Aldığımız məlumata görə, müraciət edən vətəndaşlar qəbul edilir və onların problemlərinə diqqətlə yanaşılır. (moderator.az) - See more at: http://xeberle.com/az/view/15736/sumqayt-sakinleri-yeni-basnn-qebuluna-khne-problemlerle-gedir-foto/?#sthash.rE9LWDjC.dpuf

 



Oxunub: 784

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.