dunyatv.az
CANLI YAYIN

Sumqayıtın Heydər Əliyev parkında obyekt sökülür 05.10.2015

5-10-2015, 06:13

Sumqayıtın Heydər Əliyev parkında obyekt sökülür 05.10.2015Sumqayıtda Heydər Əliyev parkında əvvəlki icra başçısı Eldar Əzizovun zamanında tikilən ikimərtəbəli obyektin sökülməsinə başlanılıb. Artıq bu gündən obyektin sökülməsi istiqamətində işlər görülür. Belə ki, obyektin üzlük hissəsi sökülüb və yaxın zamanda söküntü işinin yekunlaşacağı gözlənilir.

Bununla yanaşı ərazidə olan bəzi atrakssionların da park ərazisindən yığışdırılmasına start verilib.

Qeyd edək ki, əvvəllər bu obyektin yerində "Aysberq” restoranı faəliyyət göstərib. Keçmiş icra başçısı Eldar Əzizovun Sumqayıta rəhbərliyi dövründə Heydər Əliyev parkında olan obyektlərin sökülməsinə qərar verildi. O, vaxtlar park təmir olundu və bir neçə obyektin faəliyyət göstərməsinə icazə verildi. Məhz onun dövründə bu obyekt tikildi, işlır yekunlaşmadığından fəaliyyətsiz qaldı.

Sumqayıta bir ay bundan öncə təyin olunan yeni icra başçısı Zakir Fərəcov şəhərdə aparılan tikinti işlərini dayandırdı. Heydər Əliyev parkına baş çəkən Z. Fərəcov Heydər Əliyevin adını daşıyan mərkəzi bəyənmədiyini bidlirdi və yeni mərkəzin inşa ediləcəyi mesajını verdi.

Xeberle.com-a daxil olan məlumata görə, sökülən obyektin yerində Heydər Əliyevin adının daşıyan möhtəşəm mərkəz tikiləcək. Əvvəlki mərkəzin isə profili dəyişdiriləcək və başqa istiqamətdə faəliyyət göstərəcək.

Görünən odur ki, əvvəlki icra başçısı tikintisinə icazə verdiyi obyektlərin tikinti qaydalarına uyğun tikimədiyiyini əsas gətirən Zakir Fərəcov bu obyektlərin sökülməsinə qərar verib.

Xeberle.com

- See more at: http://xeberle.com/az/view/15729/eldar-ezizov-icaze-verdi-zakir-ferecov-ise-skdrr-fotolar/?#sthash.S0vhRY7Y.dpuf

 



Oxunub: 982

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.