"Əsrin Sədası" qəzeti Təbrik Quliyev 13.10.2015

"Əsrin Sədası" qəzeti Təbrik Quliyev 13.10.2015

 

"Əsrin Sədası" qəzeti Təbrik Quliyev 13.10.2015

 

"Əsrin Sədası" qəzeti Təbrik Quliyev 13.10.2015

HİKMƏT, NÜFUZ VƏ ZİYA SAHİBİ

Onun keçdiyi ömür yolu əsl əmək himnidir. O, millətini sevən müdrik insan, cəfakeş ziyalıdır. Onun müdrikliyi işgüzarlığında, zəka aydınlığında, vətənpərvərliyində və bəşəriliyindədir. Geni, mühiti, tərbiyəsi, şəxsi iradəsi saf və güclü olan bu insan bütövlükdə əsl şəxsiyyətdir. Bəli, söhbət Təbrik müəllimdən gedir. O Təbrik müəllimdən ki, onu nəinki Sumqayıtda, bütöv Azərbaycanda sevirlər və xatirini əziz tuturlar. Nail olduğu uğur, qazandığı ad gərgin əməyinin bəhrəsidir. Bu əməyin bəhrəsindən faydalananlar onunla haqlı olaraq fəxr edirlər.

Təbrik Müzəffər oğlu Quliyev 1964-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olub. 1970-ci ildə təyinatla Səthi Aktiv Maddələr zavoduna işləməyə gəlib. Laborant kimi əmək fəaliyyətinə başlayıb, qısa bir vaxtda mühəndis, böyük mühəndis işləyib. 1979-cu ildə həmin zavodun baş kimyaçısı vəzifəsində çalışıb. 1994-cü ildə Bakı şəhərində kimyəvi reaktivlər və lak-boya müəssisəsində direktor işləyib. 1998-ci ildən 2003-cü ilədək SAM zavodunun baş direktoru olub. O vaxtkı Azəri-Kimya Dövlət Şirkətinin Elmi İdarəsinin qısa müddətdə rəisi işlədikdən sonra isə 2005-ci ildə Üzvi Sintez zavodunun Baş direktoru təyin olunub. 2006-cı ldən Dövlət Layihə İnstitutunda baş mütəxəssis kimi çalışıb. Təbrik müəllim 1983-cü ildə o vaxtkı Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülüb, 1984-cü ildə Respublika Dövlət Mükafatı alıb, 1985-ci ildə Azərbaycan Nazirlər Kabinetinin xüsusi medalına və fəxri diplomuna layiq görülüb. 2009-cu ilin noyabr ayında Respublika Prezidenti cənab İlham Əliyevin imzası ilə "Əməkdar mühəndis” adına layiq görülüb. 10 ildən çoxdur ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Şura üzvü olub. İctimai işlərdə həmişə fəali iştirak edib. Prezident seçkilərində dəfələrlə təbliğat-təşviqat və təşkilati işlərdə yaxından köməklik göstərib. Ailəlidir. Üç qızı, yeddi nəvəsi var. Övladlarından biri ABŞ-da yaşayır.

-Təbrik müəllim, uzun illərdir ki, Azərbaycanın kimya sənayesində, necə deyərlər, "saç ağartmısınız”. Əmək fəaliyyətinizin xeyli hissəsi kimya sənayesinin inkişafına yönəlib. Bu gün bu sahənin durumu ilə bağlı fikirlərinizi bilmək istərdik və perspektivdə ümidli baxışlarınız necədir?

-Çox yaxşı sualdır. Mən öncə vurğulayım ki, bu gün Azərbaycanımızın kimya sahəsinə çox səriştəli, işinin öhdəsindən layiqincə gələn, əsl təşkilatçı, təcrübəli və gözəl insan, millət vəkilimiz Muxtar Babayev rəhbərlik edir. Hazırda "Azırikimya” Dövlət Şirkətində çalışanlarda böyük ruh yüksəkliyi var. Kadrlara münasibət qənaətbəxşdir. Onlarla söhbət edəndə hiss olunur ki, rəhbərlik əsl mütəxəssislərə qiymət verir və bacarıqlı kadrlarla işləmək istəyir. Bu da o deməkdir ki, kimya sənayesinin dinamik inkişafı üçün əllərindən gələni etmək niyyyətindədir. Məndə böyük ümid yaranır ki, vaxtilə respublikamızın xüsusi şöhrətə malik olan kimya sənayesi indən belə daha da inkişaf edəcəkdir. Bəli, əsas kadr məsələsidir. Əgər təcrübəli kadrlar düzgün seçilib yerləşdirilərsə, şübhəsiz ki, kimya sənayesi yaxın gələcəkdə lazımi şöhrətini tapacaqdır.

-Sizin həyat və əmək təcrübəniz olduqca zəngin və ibrətamizdir. Cəmiyyətdə yüksək ictimai mövqe tutmusunuz. Ümumiyyətlə, malik olduğunuz zaman möhlətində Sizi nələr narahat edir və nələr qane edir?

-Mən orta məktəbdə pioner baş dəstə rəhbəri olduğum zamandan üzü bu yana həmişə ictimai, elmi işlərlə fəal məşğulam. 1992-ci ildə kimya elmləri namizədi adı almışam. Hazırda üç elmi kitabın, bir bədii kitabın müəllifiyəm. 2002-ci ildə kimya elmləri doktoru adının alınmasının ilkin müdafiəsini etmişəm. Bilənlər bilir, kimya sənayesində cəfa çəkmişəm. Respublika və şəhər tədbirlərində fəal iştirak etmişəm.  Bütün sadalananlar, zənnimcə ömür möhlətində yetərli deyil. Hələ çox uğurlara imza atmaq qismətinin nəsib olmasını istərdim. Düzdür, ənənəvi olaraq Qarabağ məsələsi hamımızın dərdidir. Amma inanıram ki, ağrılı yerimiz olan bu problem həllini tapacaqdır. Bundan əlavə, hər insanın həyatda öz layqli yerini tutmasını istərdim. Tarixən qədim filosoflardan üzü bu yana təsdqiləyiblər ki, hər kəs öz layiqli yerində olarsa, müvəffəqiyyət əldə edilər. İnsanlar arasında münasibətə gəlincə, istərdim ki, paxıllıq, kin-küdurət olmasın.

Məni qane edən isə odur ki, respublikamız çox böyük sürətlə inkişaf edir. Bu, hər addımda hiss olunur, həqiqətdir və bunu bütün dünya görür. Təkcə Bakı yox, regionların hamısı günbəgün gözəlləşir, çiçəkləşir. Bu, fəxrediləndir. Bütün bunların kökündə ümummilli liderimiz Heydər Əliyevin bizə miras qoyduğu siyasət durur . Bu siyasəti layiqincə davam etdirən prezidentimiz cənab İlham Əliyevin gərgin əməyi, yüksək təşkilatçılıq qabiliyyəti , səriştəli fəaliyyəti nəticəsində respublikamız hazırda nəinki keçmiş SSRİ respublikaları, hətta bütün dünyanın digər dövlətləri arasında ən inkişaf etmiş ölkələrdən biri hesab olunur.

-Söhbətimizin axarını beləcə arzu və istəklərinizlə bitirək:

-İlk növbədə arzu edirəm ki, Qarabağ problemimiz həllini tapsın,  insanların yaşayış səviyyəsi daha yüksək olsun. Çünki Azərbaycan xalqı buna layiqdir. Mən dünyanın bir çox ölkəsində olmuşam və bəzilərinə dəfələrlə getmişəm. Keçmişdə Azərbaycandanam deyəndə, tanımırdılar. Hazırda Azərbaycanımızın hər yerdə məşhur olması  istiqamətində cənab Prezidentimizlə yanaşı,  respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti , millət vəkili Mehriban xanım Əliyeva da hərtərəfli yüksəlişə çalışır və nail olur. Bu məni çox sevindirir.

-Təbrik müəllim, sevinc daim nəsibiniz olsun və Sizə möhkəm can sağlığı, daha böyük uğurlar əldə etmənizi biz də ürəkdən arzulayırıq!

 

                                                                                                                                             İlhamə Məhəmmədızı

 

P.S.Əziz oxucular, Təbrik müəllim həm də gözəl, mükəmməl qələm sahibidir. O özünü nə şair, nə də nasir adlandırır. Qələmindən süzülən nümunələr, yaradıcılıq məhsulları oxucu qəlbinə yol tapırsa, özünü xoşbəxt sanır. Bəli, Təbrik müəllim "Könül dilləndi” kitabı ilə oxucuların görüşünə gəlib və hazırda yeni kitabının işıq üzü görməsi istiqamətində çalışır. Ona yaradıcılıq sevinci də arzulayır, bir şeir parçasını və qəzəlini təqdim edirik:

 

Ötən günlərim

 

Ah, uşaqlıq illərim,

Siz nə tez ötüşdünüz?

 Nə tez məndən ayrılıb,

Məndən ayrı düşdünüz?

 

Həyatın mənasını

Əzəldən bilsə idim,

Mən sizin bir günüzə

Varlığımı verərdim.

 

Dünyadan xəbərsiz

Oynaqlayıb gülərdik.

Könlümüz istəyənin

Fərmanını verərdik.

 

Bilməzdik ki, ailəmiz

Bizi necə saxlayır,

Uşaqlıq illərində

Xoş xəyallar yuxlayır.

 

Demə, həyatın özü

Dava meydanı imiş,

Bir zaman bu fərmanı

Həyat bizdən xəbərsiz

Həyata özü vermiş,

Demə, həyatın özü

Dava meydanı imiş.

 

  ***

Gündüzlər Şah olub, zülm edərək şad oluruq,

Gecə yatıb yuxuda biixtiyar oluruq.

 

Düşünüb, qansaq əgər kim oluruq yuxuda,

Deməli əsir külək, donur saat, heç oluruq.

 

Biləndə insan özünün qiymətini, niyyətini,

O zaman hər cürə qəmdən, kədərdən azad oluruq.

 

Təbrik nə dedi, düz dedi anlatmaq üçün,

Haqqı düz deyəndə də, əzabdan azad oluruq.

 

                                                               Təbrik QULİYEV

 


  • Müəllif: peris
  • Tarix 13-10-2015, 05:42
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Şəkillər
  • Baxılıb: 1 056
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac