Sabirabadda intihar hadisesi 31.10.2015

Sabirabadda 23 yaşlı qadın ölüb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədova Zəhra Zaur qızı bu gün səhər saat 6.00 radələrində ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasına çatdırılıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə təcili yardım göstərilsə də, o, bir neçə dəqiqədən sonra keçinib.

Z.Məmmədovanın dərman zəhərlənməsindən öldüyü ehtimal olunur.

Ölümün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Şirvan şəhər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə təhvil verilib.   

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi araşdırma aparır.

Milli.Az

 


  • Müəllif: peris
  • Tarix 31-10-2015, 05:46
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər / Kriminal, Hadisə
  • Baxılıb: 660
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac