Bakıda gecə dəhşəti31.10.2015

Bakıda gecə dəhşəti31.10.2015Bakıda yük qatarı minik maşınını vurub, 4 nəfər xəsarət alıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi dəmir yolu keçidini bağlayıbmış. Lakin KİA markalı avtomobilin qadın sürücüsü tələsdiyini bildirib və ondan keçidi açmağı xahiş edib. Növbətçi şlaqbaumu açıb, minik maşını keçərkən yük qatarı sürətlə keçidə yaxınlaşıb. KİA-nın sürücüsü qorxudan özünü itirib və maşını dəmiryolu xəttinin üstündə saxlayıb. Nəticədə qatar maşını vurub.

Hadisə nəticəsində üç bacı - 42 yaşlı Əliyeva Xatirə Əhyəli qızı, 38 yaşlı Əliyeva Alidə Əhyəli qızı, 46 yaşlı Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alıblar. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, minik avtomobilini bacılardan biri idarə edirmiş.

Qaradağ rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Artıq keçid növbətçisi dindirilib

 


  • Müəllif: peris
  • Tarix 31-10-2015, 05:47
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 658
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac