Uşaqlara çərəz hansı yaşda verilməlidir? 31.10.2015

Uşaqlara çərəz hansı yaşda verilməlidir? 31.10.2015

 Uşaqlar quru çərəz yeməyə nə vaxtdan başlamalıdır? Uşaqlar üçün quru çərəzlərin faydaları nələrdir? Milli.Az xəbər verir ki aile.lent.az valideynləri maraqlandıran bu sualları cavablandırmağa çalışıb.

Qida allergiyası 3 yaşına qədər hər 100 uşaqdan 6-da yaşanır və bunların əksəriyyəti inək südü allergiyasıdır. Quru çərəz allergiyası isə çox az hallarda rastlanır.

Quru çərəzlərə əsasən, 12 ilə 36 ay arasında yeməyə başlamaq tövsiyə edilir. Bəs uşaqlar quru çərəz yeməyə daha erkəndən başlaya bilərmi?

Amerika pediatrları uşaqlarda allergiyanın qarşısını almaq üçün 3 yaşına qədər quru çərəz yeməməyi tövsiyə edir. Uşağın ana, ya atasında allergiya varsa, quru çərəz yeməyə gec başlaması məsləhətdir. Ailəsində astma, qida allergiyası, eqzema kimi xəstəlik olan uşaqların quru çərəzlərə 1 yaşından sonra diqqətli şəkildə başlaması daha uyğun olar.

Quru çərəzlərə başlayarkən uşaqda hansısa qida allergiyasının olub-olmadığını əvvəlcədən müəyyənləşdirmək lazımdır. Onu da qeyd edək ki, uşağın hər hansı bir quru çərəzə allergiyası varsa, digər quru çərəzləri yeməsi də qadağan edilməlidir.

Quru çərəzlərə necə başlanmalıdır?

Uşağa ilk dəfə birbaşa quru çərəz vermək yerinə bu tərkibli qidalar verin. İlk verə biləcəyiniz quru çərəz qozdur. Həm allergik təsiri daha azdır, həm də digərlərindən daha çox faydalıdır. Ancaq əzərək bir qidanın içində verin. Ailəsində allergik xəstəlik olmayan uşağa fıstıq əzməsi, badam da verilə bilər.

Quru çərəzləri diri-diri vermək ağciyərə düşməsinə səbəb ola biləcəyindən ilk başlayanda əzib verin. Fıstıq əzməsini çörəyə sürtün, badamı da əzərək yulaf əzməsinin içində verin.

Quru çərəz tərkibli qida verilərkən əvvəlcə onu uşağın dodağına sürtün və 30 dəqiqə gözləyin. 30 dəqiqə içində uşağın ağız ətrafında qızartı, qaşıntı, qusma görülüb-görülməməyini yoxlayın. 30 dəqiqə içində bu əlamətlər yaşanmırsa, çox az miqdarda verilməlidir. Bir gün içində eyni əlamətlər görülmürsə, artıq quru çərəz verməyə davam edə bilərsiniz.

Fərqli quru çərəzlərə ən az 1 həftə arayla başlayın. Beləliklə, hansı quru çərəzdən sonra allergiyanın yaşanıb-yaşanmadığını daha asan anlaya biləcəksiniz.

Körpələrin hansı quru çərəzlər yeməməyi məsləhətdir?

Quru çərəz allergiyası əksərən 1-2 yaşdan sonra ortaya çıxır. Fıstıq allergiyası daha çox 2 yaş həddində görülərkən, fındıq, qoz allergiyası 5 yaşda görülür. Allergiya riski daha yüksək olan yer fındığı verməyə başlayarkən daha diqqətli olun. Böyrək daşına meylli olan uşaqlar badam yeməməlidir. Çünki badam böyrək daşına səbəb ola biləcək kalsium və oksalatdan ibarətdir.

Uşağın quru çərəzlərə allergiyası olduğunu necə anlaq?

Quru çərəz verildikdən sonra ilk 2 saat içində və 2 saat sonra görülən allergiya əlamətləri var. İlk 2 saat içində görülən başlıca əlamətlər bunlardır: dodaq ətrafında qızartı, bədəndə qaşıntı, qızartı, dil, ya dodaqda, göz ətrafında şişmə, nəfəs darlığı, ağciyərdə xırıltı, qarın ağrısı, qusma və allergik şok. 2 saatdan sonra rastlanan əlamətlər sırasına isə nəcisin bərkiməsi, ishal, qusma, qarın ağrısı, nəcisdə qan, eqzema daxildir.

Uşağın quru çərəzə qarşı allergiyası varsa, mütləq həkimə baş vurmaq lazımdır.

Quru çərəzlərin faydaları

Quru çərəzlər vitamin, mineral, antioksidan, ya protein və lif tərkiblidir. Eyni zamanda protein, yağ, E vitamini, niasin (B3), maqnezium, manqan, xrom kimi minerallarla zəngindir. Uşaqların böyüməsinə, inkişafına və öyrənməsinə fayda verir.

Milli.Az


  • Müəllif: peris
  • Tarix 31-10-2015, 06:16
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Şəkillər / azəri mp3
  • Baxılıb: 760
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac