Yağlı, amma xeyirli 31.10.2015

Dietoloqlar, həkimlər, hər kəs bizə yağdan uzaq durmalı olduğumuzu deyir. Ancaq orqanizmin yağa da ehtiyacı var. Təbii mənşəli yağlar sağlamlıq üçün çox vacibdir.

Odur ki, publika.az çoxlu miqdarda yağ ehtiva etsə də, sağlamlıq üçün faydalı olan 10 qidanı təqdim edir:
 
1. Avokado
Meyvələrin bir çoxunun tərkibində karbohidrat olur. Təkcə avokado yağ ehtiva edir. Bu da onun sağlamlıq üçün daha faydalı olduğunu göstərir. Avokadonun 77 faizi yağdır. Ancaq bu yağlar zərərli deyil, əksinə, sağlamlıq üçün olduqca əhəmiyyətli yağ turşularıdır. Avokado banandan 40 faiz daha çox kalium ehtiva edir. Lif baxımından da zəngindir. Xolesterinin səviyyəsini aşağı salır. Üstəlik, qarın və bel bölgəsində toplanan piyləri əridir.
 
2. Pendir
Tərkibində çoxlu yağ olan faydalı qidalardan biri də pendirdir. Pendir kalsium, B12 vitamini, fosfor baxımından zəngindir. Həmçinin yaxşı zülal qaynağıdır. Bir dilim pendirdə 6.7 qram zülal var. Pendir şəkər xəstəliyinin qarşısını alır.
 
3. Tünd şokolad
Adətən, dadlı qidalar orqanizm üçün zərərli olur. Tünd şokolad isə həm dadı, həm də faydalı xüsusiyyətləri ilə ən çox sevilən şirniyyata çevrilib. 65 faizi yağ olan şokolad cəmi 11 faiz yağ ehtiva edir. Dəmir, maqnezium, mis və manqanla bol olan tünd şokolad antioksidantlar baxımından da zəngindir. Araşdırmalara görə, həftədə 5 dəfə tünd şokolad yeyən insanların ürək xəstəliklərindən ölmə riski 50 faiz azalır.
 
Tünd şokolad beyinə də yaxşı təsir edir. Bütün bunlardan faydalanmaq istəyirsinizsə, üzərində 70 faiz kakao ehtiva etdiyi yazılan şokoladlar alın.
 
4. Yumurta
Yumurtanın sarısında bol miqdarda xolesterin və yağ var. Araşdırmalar göstərir ki, yumurtanın tərkibindəki xolesterin faydalıdır və sağlamlığa əks-təsiri yoxdur. Ona görə də, yumurtanın sarısını yeməkdən çəkinmək lazım deyil.  Yumurtada vitamin və minerallar da var. Bunların hamısı sağlamlıq üçün çox əhəmiyyətlidir. Yumurta arıqlamağa kömək edir, əzələ kütləsini artırır.
 
5. Balıq yağı
Sağlamlıq üçün faydalı yağlardan biridir. Qızıl balıq, ala balıq, Riqa balığı daha çox yağ ehtiva edirlər. Bu balıqlar ürəyə faydalı olan Omeqa-3 yağ turşuları ilə zəngindir. Araşdırmalar göstərir ki, tez-tez balıq yeyən və ya balıq yağından istifadə edən insanlar ürək xəstəliklərinə yaxalanmır, depressiyaya düşmürlər.
 
6. Fındıq
Fındıq sağlamlıq üçün faydalı yağ, lif və zülal mənbəyidir. E vitamini və maqnezium baxımından zəngindir.
 
7. Şia (Chia) toxumu
28 qram şia toxumunda 9 qram yağ olur. Şia toxumu qan təzyiqini tənzimləyir.
 
8. Zeytun yağı
Bu yağın faydalarını bilməyən yoxdur. Əlavə olaraq onu qeyd edək ki, E və K vitaminləri ehtiva edən bu yağ güclü  antioksidantdır. Həm sağlam, həm də gözəl qalmaq üçün bundan yaxşı vasitə ola bilməz.
 
9. Kokos yağı
Bu yağın da adını çox eşitmişik. Ancaq elə də geniş istifadə etmirik. Kokos yağı iştahı azaldır, maddələr mübadiləsini sürətləndirir. Beləliklə, arıqlamaq istəyənlərə kömək edir.  Araşdırmalara görə, kokos yağı Alsheymer xəstəliyinə yaxalanmaq riskini aradan qaldırır.
 
10. Yağlı qatıq
Evdə hazırlanan, yağlılıq nisbəti yüksək olan qatıq qədər faydalı heç nə ola bilməz. Qatıq süd məhsulları ilə oxşar faydalar versə də, probiotik bakteriyalar ehtiva etdiyi üçün daha çox tövsiyə edilir.

Milli.Az

 


  • Müəllif: peris
  • Tarix 31-10-2015, 06:20
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 741
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac