dunyatv.az
CANLI YAYIN

Uşağın kimə bənzədiyini hamilə ikən öyrənin 31.10.2015

31-10-2015, 06:22

Uşağın kimə bənzədiyini hamilə ikən öyrənin 31.10.2015Hamiləlik zamanı gələcək anaları daha çox körpənin sağlamlığı və cinsiyyəti maraqlandırır. Analar bu sualların cavabını 4D ultrasəs vasitəsilə cavab tapa bilərlər. Valideynlər 4D ultrasəslə körpənin reallığa çox yaxın olan görüntülərini əldə edə bilərlər. Lakin belə bir sual da ortaya çıxır: 4D ultrasəsin körpəyə ziyanı varmı? 

Milli.Az lent.az-a istinadən bildirir ki,4D ultrasəs insanlar arasında ətraflı məlumat verən ultrasəs kimi tanınır. Ən əsası isə, körpənin kimə oxşamasını bəlli edir.
4D ultrasəs müayinəsi 11-13-cü və 18-22-ci həftələrdə aparılır. Ultrasəs yüksək tezlikli səs dalğalarıdır. Onun ana və körpəyə heç bir ziyanı dəyməz.
 
4D ultrasəs ilə körpənin görüntülənməsi üçün içərisində olduğu amnion mayesinin miqdarının görüntünü aydın göstərəcək qədər kifayət etməsi lazımdır. Buna görə də müayinə zamanı amnion mayesinin miqdarı çox vacibdir, yəni hamiləlik həftəsinə görə normal miqdarda olmalıdır. Mayenin normaldan az olması görüntü keyfiyyətini aşağı salır və hətta buna mane olur.
 
Körpənin yaxşı görüntülənməsi üçün onun pozisiyası da vacibdir. Əgər körpə arxasını çeviribsə, uzun müddət gözləyə, hətta heç bir nəticə əldə etməyə də bilərsiniz. Qısası, körpənin əhvalının dəyişməsini gözləməli olacaqsınız. Bu vəziyyətdə ona "rüşvət" verməklə istəyinizə nail ola bilərsiniz. Anaya şirniyyat yedirərək körpənin hərəkət etməsinə nail olmaq mümkündür. Ancaq bu üsul hər zaman işə yaramaya bilər. Çünki bəzi uşaqlar yuxunu çox sevir və yatan zaman hərəkət etmirlər. Eyni zamanda körpə özünə çox qapananda ayaqları və əlləri ilə üzünü bağlayır. Bu zaman onun yalnız kiçik əlləri və ayaqlarını görə bilərsiniz.
 
Tibb sahəsi günü-gündən inkişaf edir. Artıq 4D ultrasəs yerini "HD Live Ultrasəs"ə verir. Bu yeni texnologiya vasitəsilə işğın və rənglərin gücü ilə uşağın reala lap yaxın şəklini görmək mümkündür. Bunlar körpənin görüntüsünün zövqlü və maraqlı tərəfləridir. Lakin məsələnin daha ciddi tərəfi isə yeni texnologiyalar vasitəsilə körpənin hər hansı narahatlığı və səhhətindəki problemlərini də bilməyin mümkün olmasıdır.  
Milli.Az

 



Oxunub: 1 195

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.