Əsrin Sədası qəzeti "DÜNYA DURDUQCA VAR OLUN!" Rais Bəhrami 30.11.2015

 

DÜNYA DURDUQCA VAR OLUN!

 


Onun haqqında yazmaq üçün ondan müsahibə almaq qərarına gəlmişdim. Və bu fikrimi ona söyləyəndə təbəssüm çöhrəsinə qonaraq təvazökarlıq etdi. İş otağında əyləşən tanımadığım şəxs də müdaxilə edərək söylədi ki, bəli, onun haqqında yazmağa dəyər və o buna layiqdir. Təbii ki, barəsində ancaq və ancaq xoş sözlər demək mümkündür. Mən onların söhbətinə mane olmayıb başqa vaxt sizi narahat edərəm, söylədim. Sonra düşündüm ki, qoy sürpriz olaraq onun haqqında jurnalistikanın yaddan çıxmaqda olan janrı sayılan zarisovka yazım. Təəssüf ki, hazırda zarisovka, reportaj, felyeton, esse və bu kimi digər janrlar mətbuat işçiləri arasında artıq unudulub.

Bəli, elə bir insan haqqında yazmaq istəyirəm ki, onun tərifə ehtiyacı yoxdur. Görünən dağa bələdçi nə gərəkdir?! Lakin hamının tanıdığı Rais müəllimi mən necə tanıyıram? Bu haqda oxucularımda müəyyən təsəvvürün olmasını istərdim. Xoş simalı, şux qamətli, daim pozitiv əhval-ruhiyyəli Rais Bəhrami "Dünya” TV-nin əsas sütunlarından, dayaqlarından biridir, desəm yanılmaram. Hələ erkən gənclik illərindən Sumqayıtın ictimai-mədəni işlərində olduqca yaxından fəaliyyət göstərən bu insan sözün əsl mənasında cəfakeşdir. Daim öz üzərində həvəslə çalışır. "Dünya” TV-nin proqramları ekranların qonağı olan ilk vaxtlardan o da bu məkanda inamlı addımıyla özünə böyük nüfuz qazanıb. Neçə-neçə maraqlı və məzmunlu verilişin araya-ərsəyə gəlməsində xüsusi əməyi var. Ən başlıcası isə, müasir texnologiyanı yaxşı bilməsi, texniki avadanlıqlarla işləməyin qaydasını düzgün mənimsəməsi onun başını uca edib. Çətinliklərdən, maneələrdən qorxmayıb. Hər gün daha əzmlə, daha həvəslə işləməyə başlayıb. Artıq müəyyən illər keçib. Bir çox problemlər arxada qalıb. Dünənə boylananda isə yalnız qürur və iftixar hissi keçirir Rais müəllim. Elə xoşbəxtliyini də bu məkanda tapıb. Orta təhsil aldığım 21 saylı məktəbin (Bu məktəb hazırda özünün bir çox yetirməsi ilə haqlı olaraq fəxr edir. ) məzunu olmuş, şəhərimizdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin direktoru, istedadlı xanım jurnalist Aygün Zülfüqarlı ilə ailə həyatı qurub. Rais Bəhramiyə çalışdığı kollektivin hər bir üzvü də sayqı ilə yanaşır. Həmçinin xüsusi nitq qabiliyyəti, yüksək, cazibədar səs tembri də tamaşaçıların zövqünü oxşayır. Elə götürək hazırladığı bir çox reklam çarxlarını. Burada onun səsləndirdiyi məqamlar istər-istəməz dinləyicini ovsunlayır, xoş təsir bağışlayır. Rais müəllim eyni zamanda, yeniliklər axtarışında olmaqdan da usanmır. İş şəraitində nə qədər yorulsa da nikbin əhval-ruhiyyəli olur, zarafat dolu söhbətləri ilə ətrafdakılara xoş təsir bağışlamağı bacarır.

Təbiətən olduqca təmkinlidir. Gördüyü hər bir işindən zövq almağa çalışır. Sadə və səmimi, nəcib və alicənab olan bu şəxsi tanıyanların hamısı qeyd etdiklərimin qənaətindədir. Başqa cür də ola bilməz. Kimdən soruşsan ki, Rais müəllimi necə tanıyırsan? Birmənalı şəkildə cavab verəcəkdir: gözəl insandır. Yaxın vaxtlarda bilmişəm ki, mənim çox hörmət etdiyim istedadlı şairə Fərqanə xanımın qardaşıdır Rais Bəhrami. Buna çox sevinmişəm. Bəli, istedad elə ailədən qaynaqlanır. Şəhərimizdə yetərli hörmətə layiq ailə sayılan Bəhramilər ailəsinin üzvləri dənizin dalğaları sahilə can atdığı kimi, xalqımızın maariflənməsi, mədəni inkişafı istiqamətində öz töhfələrini əsirgəmirlər. "Nəğmə dolu bir ürəyəm, torpağına baş əyərəm, ey Vətən!” – misraları sanki bu insanların ruhuna biçilib. Əqidəsi düz, amalı pak olan, bir kimsəyə əyilməyən, dostluqda sədaqətli və dəyanətli, uşaqla uşaq kimi, böyüklə böyük kimi rəftar edən, işinin peşəkarı Rais müəllimi bir çox müsbət xüsusiyyətlərinə görə xarakterizə etmək olar. Lakin bütün bunlara onun mənəvi haqqı olsa da, ehtiyac bilmir. Bir qələm sahibi olaraq borc hesab edirəm ki, "Dünya” TV-nin perspektivli gələcəyinə həmişə ümidlə baxan, onun inkişafında əlindən gələn köməyi əsirgəməyən, səylə çalışan, daim iş başında olan Texniki direktor Rais Bəhraminin əməyinə cüzi də olsa dəyər verərək qələm məhsulumu təqdim edim. Buna nə dərəcədə müyəssər olmağımı təbii ki, oxucu qiymətləndirəcək. Bu yazı tam səmimi ruhda köklənərək bəlkə də yuxarıda qeyd etdiyim janrdan uzaq oldu, ancaq xüsusilə qeyd edim ki, içdən gələn ürək sözlərimi olduğu kimi çatdırmağa çalışdım. Qoy əziz oxucu da bunu elə beləcə, təbii qəbul etsin. Sonda ürəkdən gələn arzularımı yazmağı borc bilirəm. Əsasən də ən xoş, ən ülvi arzularımı xitabən: Rai0s müəllim, sizə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti və daha böyük uğurlar əldə etmənizi diləyirəm! Ulu Tanrı daim Sizi qorusun! Haqqınızda rəsmi bioqrafik məlumatı da oxuculara çatdıra bilərdim. Lakin lüzumsuz hesab etdim. Ona görə ki, bir daha qeyd edirəm: bu yazı mükəmməl sayılmasa belə, siz hər halınızla sizi dəyərləndirənlərin qəlbində mükəmməl insan kimi varsınız! Dünya durduqca var olun!

İlhamə Məhəmmədqızı

 


  • Müəllif: peris
  • Tarix 1-12-2015, 11:09
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Video, Sevgi, Şəkillər, azəri mp3, Türk mp3, Xarici mp3, Meyxana, Sağlamlıq (Tibb), Qadın Dünyası, Şou-Biznes, İdman, Maraqlı, Texnologiya
  • Baxılıb: 527
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 44 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 44 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 29 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 18 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 33 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 24 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 16 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 20 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 18 | Şərhlər: 0 | Müəllif: dunya
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Август 2017    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac