Əsrin Sədası qəzeti ""“ŞOU DÜNYASI”NIN sevilən aparıcı siması Qurban İsmayılov 30.11.2015

Əsrin Sədası qəzeti ""“ŞOU DÜNYASI”NIN sevilən aparıcı  siması  Qurban İsmayılov 30.11.2015

 

 

"ŞOU DÜNYASI”NIN SEVİLƏN APARICI SİMASI

 

 

Deyirlər, istedad Allah vergisidir. Bu vergi hər kəsə nəsib olan qismət payı, alın yazısı deyil. Kimisi bu vergiyə anadangəlmə sahib olur, kimisi də sonradan. Belə istedad sahiblərindən biri də Qurban Vidadi oğlu İsmayılovdur. O, 1994-cü ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2012-ci ilin iyun ayından "Dünya” TV-də efir rejissoru işləyib. 2014-cü ilin sentyabr ayının 20-sindən etibarən "Sou dünyası” verilişində aparıcı qismində həftəədə 2 dəfə olmaqla, bazar günü 19.00, təkrarı çərşənbə 14.45-də tamaşaçıların evlərinin qonağı olur. Həmin verilişin əsas mahiyyəti mədəniyyət sahəsində, sou-biznes aləmində baş verən ən son yenilikləri, maraqlı xəbərləri dəqiq və qərəzsiz tamaşaçılara çatdırmaqdır. Xüsusilə qeyd edək ki, "Şou dünyası” verilişi artıq bir ildir ki, yetərincə tamaşaçı auditoriyası qazanıb. Televiziyaya daxil olan zənglərdən və sms-lərdən məlum olur ki, bu verilişə həvəslə, sevilə-sevilə baxılır. Çox gənc olmasına baxmaraq istedadı və bacarığı ilə kollektivin hörmətinə layiq olan Qurban İsmayılovun gələcək uğurları qarşıdadır. Gənc nəslin nümayəndəsi kimi, o, daim irəliyə can atır, daha doğrusu, mədəni səviyyəni daha da inkişaf etdirərək yeni-yeni nailiyyətlərə doğru inamla addımlayır.

Bəli, Azərbaycan gənclərinin cəmiyyətin müasir, inkişaf etmiş, yüksək intellektli nümayəndələri kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Ümumilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyib, dəfələrlə qeyd edib ki, "Azərbaycanın gələcəyi gənclərin əlindədir”. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. İndi əsas vəzifə bu imkanlardan yararlanaraq, müasir Azərbaycan mədəniyyət siyasətinin gənclər tərəfindən inkişaf etdirilməsidir.

Biz də öz növbəmizdə istedadlı gənc dostumuz Qurban İsmayılova gələcək inkişaf yolunda daha böyük uğurlar diləyir, qətiyyətlə və səylə çalışmasını tövsiyə edir, daim yüksəlişə doğru, deyirik!

 


  • Müəllif: peris
  • Tarix 1-12-2015, 11:13
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Video, Sevgi, Şəkillər, azəri mp3, Türk mp3, Xarici mp3, Meyxana, Sağlamlıq (Tibb), Qadın Dünyası, Şou-Biznes, İdman, Maraqlı, hava xəbərləri
  • Baxılıb: 324
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 18 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 19 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 28 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 27 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 37 | Şərhlər: 0 | Müəllif: dunya
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Февраль 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Arxiv
Sayğac