Gündəlik bürclər (11 yanvar) 2016 ci il

Gündəlik bürclər (11 yanvar)  2016 ci il

 

Dünən, 23:50  |  Müsahibə / Məşhurlar

 


 


 
 

Azadqadin.az saytı gündəlik bürcləri sizə təqdim edir... Bü gün bürcünüz sizə nə vəd edir? Buyurun oxuyun.

 

 

Qoç - Maliyyə problemləri gözlənilir. Pulları düşünmədən xərcləməyiniz gələcəkdə problem yarada bilər. Əyləncələrdən və şübhəli işlərdən imtina edin. Sevgidə isə bəxtiniz gətirəcək. Xoş məqamdan istifadə edərək şəxsi həyatınıza düzən verməyə çalışın. 

Buğa - Səhəriniz heç də pis açılmır. Əvvəlcədən qurduğunuz plana riayət edərək məqsədinizə doğru gedə bilirsiniz. Bədxahlarınız sizə mane olmağa çalışacaqlar, amma heç nəyə nail ola bilməyəcəklər: sizi saxlamaq çox müşküldür. İmicinizdə dəyişiklik edə, saç düzümünüzü, makiyaj stilinizi, yaxud qarderobunuzu dəyişə bilərsiniz. 

Əkizlər - Nəinki ətrafdakılarla, heç özünüzlə də yola gedə bilmirsiniz. Bir qədər zəhmət çəkib öz fikirlərinizi, arzu və istəklərinizi, məqsədlərinizi qaydaya salın. Sevgilinizlə açıq söhbət bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək.

Xərçəng - Qeyri-formal ünsiyyət üçün münasib gündür. Bütün vacib məsələlərə insanların özlərini rahat hiss elədikləri yerlərdə - gəzinti zamanı, kafedə, hətta evdə, televizor seyr edərkən - aydınlıq gətirilir. Sizin maraqlarınızı bölüşən insanları, həmkarlarınızı evinizə dəvət edə bilərsiniz.

Şir - Havadan-sudan bəhs edən mövzularla başlanan söhbət tədricən müştərək layihələrin qızğın müzakirəsinə çevrilə bilər.
Hüquqi məsələlər bu gün daha ləng həll olunur. Sənədləşdirmədə, lazımi imzaların alınmasına çətinliklər yarana bilər. Sevgililər bu gün xoş anlar yaşayacaqlar, ailəlilər isə fikir ayrılıqlarını yenib, mübahisələrə son qoya biləcəklər.

Qız - Bu gün sizin üzüyolalığınız və güzəştə getməyiniz hamını dəfələrlə təəccübləndirəcək. Bu xüsusiyyətlər sizə uğur qazanmaqda kömək edəcək. Nüfuzlu şəxslərin rəğbətini qazana, rəhbərliyin sizə dəstək olacağına zəmanət ala bilərsiniz. Biznesmen Qızlar bu gün sərfəli sövdələşmələr edəcəklər. Uzun müddət düşmənçilik etdiyiniz şəxslərlə barışa bilərsiniz. Hətta ən qatı bədxahınız belə bu gün sizinlə mehriban davranacaq.

Tərəzi - Birmənalı gün deyil, özünüzü ora-bura vurursunuz. İşdə münaqişələr gözlənilir. Ağlınıza nə gəlir, ağına-bozuna baxmadan deyirsiniz. Nə nüfuzlu insanlardan çəkinir, nə də nəticələr barədə düşünürsünüz. Onlar isə özlərini çox gözlətməyəcək.

Əqrəb - Xoş tendensiyaların təsiri insanları daha inadcıl, qərarlı və məqsədyönlü edir, çətinliklərə müqavimət göstərməyə imkan yaradır. Günün ikinci yarısı maraqları və dünyaya baxışları ortaq olan insanlar arasında qarşılıqlı anlaşma əldə etmək elə də çətin olmayacaq.

Oxatan - Günün başlanğıcı o qədər də xoş olmayacaq. Çətinliklər və münaqişələr gözlənilir. Qarmaqarışıqlıq səbəbindən şərait barədə dolğun təsəvvür əldə etmək, düzgün qərarlar vermək çətindir. Gün ərzində, çalışın, sənədlərlə iş aparmayasınız, hesabat hazırlamaq və sənədlərə imza atmaqdan da çəkinin. Zərgər dəqiqliyi tələb edən işlərə də toxunmayın. 

Oğlaq - İşgüzar keyfiyyətlərinizi və sahibkar bacarıqlarınızı ətrafdakılara nümayiş etdirməkdən  yorulmayacaqsınız. Kommersiya fəaliyyəti ilə məşğul olan Oğlaqlar bu gün böyük uğurlar qazanacaqlar. Rəhbərliklə çoxdan bəri fikir ayrılığınız vardısa, onu aradan qaldıra, eyni zamanda özünüzün peşəkar mövqeyinizi möhkəmlədə bilərsiniz. 

Dolça - Ünsiyyətlə dolu gündür, amma kimsə bu ünsiyyətin daim xoş keçəcəyinə zəmanət verə bilməz. Qadınlar kişilərin onlara qarşı diqqətinin artması səbəbindən özlərini narahat hiss edə bilərlər. Kişilər isə öz maraqlarının nümayişi üçün heç də həmişə uyğun üsullar tapa bilmirlər. Kütləvi tədbirlərdə və ziyafətlərdə çox aktiv iştirakın nəticələri də xoş olmaya bilər.
 
Balıqlar - Gücünüzü havayı yerə sərf etmək istəmir və məqsədə doğru ən qısa yolları, problemlərin ən asan həlli üsullarını tapmağa çalışırsınız. Bu cür yanaşma günün ilk yarısında çox uğurludur. Axşama doğru isə bütün işləri atmaq, ya da kiməsə tapşırmaq həvəsi oyanacaq. Qəti surətdə olmaz! Tənbəllik və yüngüllük yalnız itkilərlə nəticələnəcək və beləcə, gününüz hədərə gedəcək. 
  • Müəllif: peris
  • Tarix 11-01-2016, 06:32
  • Bölmə: Ana səhifə, Dunyatv, Video, Sevgi, Şəkillər, azəri mp3, Türk mp3, Xarici mp3, Meyxana, Sağlamlıq (Tibb), Qadın Dünyası, Esrin Sedasi
  • Baxılıb: 690
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 18 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 19 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 28 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 27 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 37 | Şərhlər: 0 | Müəllif: dunya
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Февраль 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Arxiv
Sayğac