dunyatv.az
CANLI YAYIN

Psixoloq: "Şagirdin gördüyü şiddət onu gələcəyin cinayətkarına çevirir" 15 01 2016

15-01-2016, 11:29

Son günlər şagirdin müəllim tərəfindən vəhşiliklə döyülməsi faktı ölkə mətbuatının gündəmindədir. Belə şiddətə məruz qalan şagirdlərin hansı psixoloji zərbələrə məruz qaldığını aydınlaşdrmaq üçün Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova ilə əlaqə saxladıq. O, şiddət görən şagirdlərdə ilk növbədə özgüvənsizlik, zəiflik yarandığını, qarşı tərəfə aqressiv münasibət formalaşdığını qeyd edib: "Nəticədə həmin şagird qeyri-adekvat davranış irəli sürür. Şagirdin əzilməsi və gördüyü şiddət onu gələcəyin cinayətkarına çevirir. Belə şagirddə birbaşa özünəqapanma və depresiya halları yaranır”.



Oxunub: 1 397

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.