Bakıda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb 16 01 2016

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb 16 01 2016 Bakı. Mahir Məmmədli – APA. Bu gecə Bakıda ağır yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

 

Hadisə Sabunçu rayonu ərazisində, Kürdəxanı qəsəbəsindən keçən yolda baş verib. Kürdəxanı qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olan "BMW” markalı avtomobillə qəsəbə istiqamətində hərəkət edən "QAZ 3110” markalı avtomobil toqquşub.

 

Hadisə nəticəsində BMW-də üç, "QAZ-3110”da isə 1 nəfər olmaqla, ümumilikdə 4 nəfər xəsarət alıb. Yaralılar - 32 yaşlı Eşqin Mirzəyev, 22 yaşlı Hacıqulu Quluyev, 44 yaşlı Rafiq Ağarzayev və Tural Hüseynov təcili tibbi yardım avtomobilləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. İlkin müayinə zamanı onların hamısında qapalı kəllə-beyin travması müəyyən edilib. Yaralıların vəziyyəti ağırdır.

 

Qəza baş verdikdən sonra hadisə yerinə polis əməkdaşları da gəlib. İlkin ehtimala görə, hadisəyə yolun işıqsız olması və yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 


  • Müəllif: peris
  • Tarix 16-01-2016, 08:48
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Şəkillər / Esrin Sedasi / Kriminal, Hadisə
  • Baxılıb: 655
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac