Azərbaycan sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb 16 01 2016


 

Bakı. Hafiz Heydərov  - APADövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya məqsəd­ləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması isti­qamətində tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, yanvarın 15-də saat 02:30 radələrində Yardımlı rayonu­nun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir  nəfər Hindistan vətəndaşları saxlanıl­ıblar.
 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


  • Müəllif: peris
  • Tarix 16-01-2016, 08:54
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Esrin Sedasi
  • Baxılıb: 546
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac