Azərbaycana xaricdən gətirilən ət məhsullarına nəzarət gücləndirilib 16 01 2016

Bakı. Fərid Mirzəyev – APA. "Ölkəyə xaricdən gətirilən ət məhsullarına nəzarət hər zaman olduğu kimi gücləndirilmiş qaydada həyata keçirilir”.

 

Bunu APA-ya açıqlamasındaKənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov deyib. O bildirib ki, idxaldan öncə bütün ət məhsullarının baytarlıq sertifikatı ekspertizadan keçirilir: "Eyni zamanda məhsulun gətirildiyi ölkənin epizootik vəziyyəti təhlil olunur. Bundan sonra respublika laboratoriyasında hər bir məhsulun özünə uyğun keyfiyyət göstəriciləri yoxlanılır və nəticədən asılı olaraq məhsulun istifadəsinə icazə verilir. Bütün bunlar hamısı daimi nəzarətdədir”.

 

A. Süleymanov qeyd edib ki, ölkədə epizootik vəziyyət sabitdir.

 


  • Müəllif: peris
  • Tarix 16-01-2016, 08:58
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 511
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac