dunyatv.az
CANLI YAYIN

“Karvan” ticarət mərkəzində etiraz : mağazalar açılmadı-SUMQAYITDA 16 01 2016

16-01-2016, 09:29

Sumqayıtda "Karvan” ticarət mərkəzində çalışan sahibkarlar icarə haqlarının yüksək olmasına etiraz edərək mağazaları açmırlar. Bu haqda musavat.com-a ticarət mərkəzində çalışan işçilər məlumat verib. Sahibkarlar iqtisadi böhrandan sonra çətin durumda olduqlarını, icra haqlarının da yüksək olmasının onlar üçün ciddi problem yaratdığını deyirlər. Sahibkarların tələbi icarə haqlarının endirilməsidir. Ticarət mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşündə heç bir güzəşt etməyəcəyini bildirib.  Daha sonra sahibkarların mağazaları açmadığını və fikirlərində qəti olduğunu görən A.Əhədov onlarla razılıq əldə etmək üçün danışıq aparmağı qəbul edib. A.Əhədovla sahibkarlar arasında danışıqlar aparılıb. - See more at: http://xeberle.com/az/view/18995/karvan-ticaret-merkezinde-etiraz-maazalar-almad-sumqayitda/?#sthash.dAHgUYmJ.dpuf

 



Oxunub: 1 865

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.