Ayaqlarınız çox tərləyir? Çarə var 18 01 2016

Ayaqlarınız çox tərləyir? Çarə var 18 01 2016

 

Ayaqlarınız çox tərləyir? Çarə var

Tər ifrazı orqanizmin isinməyə qarşı qoruyucu reaksiyasıdır və daha çox müəyyən nahiyələrin lokal xarakterli tərləməsi ilə özünü büruzə verir. Ayaqların fəsildən aslı olmayaraq yayda və qışda çox tərləməsi təkcə estetik deyil, ilk növbədə tibbi problemdir.

Milli.Az herba-flora.com-a istinadən bildirir ki, ayaq tərləməsi bir çox hallarda soyuqluq və pis qoxu ilə də müşayiət olunur. Onun dərəcəsini müəyyənləşdirmək üçün sadə bir testdən istifadə etmək olar: suya 5-6 damcı yod əlavə edərək ayaqlara çəkilir, quruyandan sonra ayaqlara qarğıdalı nişastası səpilir, yodlu su çəkilmiş nahiyədə göyərmə əmələ gəlməsi tərləmənin normadan aşırı dərəcədə olduğunu göstərir.

Səbəbləri

Gigiyenik qaydalara düzgün riayiət olunmaması nəticəsində əmələ gələn ayaq tərləməsi nəzərə alınmasa, əsas səbəblər nevroz və əsəbi gərginlik, pəncələrin göbələk zədələnməsi, endokrin xəstəliklər, onkoloji xəstəliklər və irsi meyillikdir.

Ayaq tərləməsinin xarici faktorlarla əlaqədar daha bir neçə səbəbi var:

  • Sintetik materialdan hazırlanmış ayaqqabılar
  • Ayaqqabıya düzgün qulluq edilməməsi
  • Ayaqqabının dar və qapalı olması
  • Qalın corabların geyilməsi
  • Sintetik corab və kolqotkalar
  • Aşağı ətraflara daima ağır fiziki yüklənmənin olması

Reseptlər

  • 1 çay qaşığı xırdalanmış adaçayı yarpaqları 1 stəkan qaynar suda 40 dəqiqə dəmlənir və gündə 3 dəfə 2 xörək qaşığı içilir.
  • 2 çay qaşığı göyəm çiçəkləri 1 stəkan qaynar suda dəmlənərək 8 saat saxlanır, gündə 4 dəfə 1 stəkan qəbul edilir.
  • Təzə sıxılmış yerkökü şirəsi eyni miqdarda bolqar bibərinin şirəsi ilə qarışdırılır, 3 həftə səhər acqarına 1/3 stəkan içilir.
  • Gündə 1 dəfə ayaq pəncələri alma sirkəsi ilə silinir və pambıq corab geyilir. Eyni proseduru limon qabığı ilə də yerinə yetirmək olar.
  • Hər axşam ayaqlara bor turşusu sürtülür, pambıq corab geyilir və səhər ayaqlar isti su ilə yuyulur.
  • Palıd qabıqları qəhvəüyüdəndə toz halına salınır, corabın hər tayının içinə 1 çay qaşığı toz tökülür, ayağa geyilərək bir gecə saxlanır, səhər isti su ilə yaxalanır. Eyni qayda ilə adaçayı, nanə və çobanyastığından da istifadə etmək olar.
  • Lavanda efiri yarıbayarı Fitooil Badam yağı ilə qarışdırılır, hər ayaq pəncəsinə bir neçə damcı çəkilir və pambıq corab geyilərək yatılır.

Vannalar

Dəfnə yarpağı ilə vanna

30 ədəd dəfnə yarpağı 1 litr suda 3 dəqiqə qaynadılır, alınan dəmləmə süzülmədən isti su ilə dolu vannaya əlavə edilir. Gecə yatmazdan əvvəl 20 dəqiqə ayaqlara vanna edilir.

Sodalı-duzlu su

Hərəsindən 1 çay qaşığı çay sodası və xörək duzu 1 stəkan isti suda həll edilir, səhər və axşam ayaqlar paltar sabunu ilə yuyulur, duzlu məhlulla yaxalanır, sonra təmiz qurulanır. Yaxud da pambıq həmin məhlulda isladılır və barmaqların arasına qoyulur. Prossedur zamanı qaşınma baş versə də, saxlamaq lazımdır.

Palıd qabığı dəmləməsi

100 qram palıd qabığı 1 litr suda 15 dəqiqə qaynadılır, hər gün 30 dəqiqə vanna qəbul edilir. Seansların sayı ayaqların tərləmə dərəcəsindən asılıdır.

Rəngsiz xına və Teader dəmləməsi

Fitoton №1 rəngsiz xınası dəmlənərək ayaqlara çəkilir və quruyana qədər saxlanır, sonra isti su ilə yuyulur və Teader çayından 5-6 filtr-bağlama yarım litr suda 45 dəqiqə dəmlənir, isti suya əlavə edilərək ayaqlar vanna edilir.

Bitki qarışığı

1 litr suda qurudulmuş adaçayı, nanə və gicitkən yarpaqlarının hərəsindən 1 xörək qaşığı 40 dəqiqə dəmlənir, hər gün ayaqlar 15 dəqiqə vanna edilir.

Qatırquyruğu ilə tozağacı

Bərabər nisbətdə çöl qatırquyruğu otu və tozağacı yarpaqları qarışdırılır, 4 xörək qaşığı qarışıq 1 litr suda 3 dəqiqə qaynadılır və ayaqlar vanna edilir.

Ayaq tərləməsinin və pis qoxunun profilaktikası

Ayaqları hədsiz tərləyənlərin ilk seçimi geniş və rahat, ayaqları sıxmayan ayaqqabılar və təbii pambıq corablar olmalıdır. Yay aylarında açıq və deşikləri olan ayaqqabı geyilməsi havanın ayaqqabının içinə keçməsini təmin edir və tərləməni azaldır. Ayqqabıların təkcə üzü deyil, içərisi də sabunla yuyulmalı, içlikləri ayrıca qurudulmaq şərti ilə açıq havaya asılmalıdır. Ayaqlar gündə iki dəfə kontrast su ilə yuyulmalı, corablar gündə 1-2 dəfə dəyişdirilməlidir.

Vanna və duş qəbul edəndən sonra ayaqlar, xüsusən də barmaq araları təmiz dəsmalla silinməlidir.

Milli.Az


  • Müəllif: peris
  • Tarix 18-01-2016, 07:07
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Video, Sevgi, Şəkillər, azəri mp3, Sağlamlıq (Tibb)
  • Baxılıb: 416
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 43 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 29 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 32 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 20 | Şərhlər: 0 | Müəllif: dunya
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Arxiv
Sayğac