dunyatv.az
CANLI YAYIN

Quru və çatlamış dodaqlara paket çayla qulluq 18 01 2016

18-01-2016, 07:11

Quru və çatlamış dodaqlara paket çayla qulluq

Soyuq hava dodaqların quruyub çatlamasına səbəb olur.

Çatlara qarşı ən yaxşı vasitənin vazelin olduğu deyilsə də, bir çox xanım həm qoxusu, həm də həddən artıq yağlılıq hissi verdiyi üçün vazelinə müraciət etməkdən çəkinir. Məşhur brendlərin istehsal etdikləri dodaq balzamları isə baha olmaqla yanaşı, çatlara qarşı təsirli deyil. Milli.Az bildirir ki, dodaqlarının çatlamasından əziyyət çəkənlər publika.az-ın təqdim etdiyi üsulu sınaqdan keçirə bilər.
 
Çatlardan xilas olmaq üçün sadəcə 1 ədəd paket çaya (yaşıl və ya qara çay ola bilər) və bir fincan isti suya ehtiyacınız var. Paket çayı qaynar suda 2-3 dəqiqə saxlayın. Daha sonra sudan çıxarıb dodaqlarınızın üstünə qoyun. 5-10 dəqiqə qalması kifayət edəcək.
 
Paket çay ölü dəriləri təmizləməklə yanaşı, yeni hüceyrələrin yaranmasını da sürətləndirir. Bu üsulu həftədə iki dəfə tətbiq etsəniz, dodaqlarınız daim hamar və yumşaq qalacaq.

Milli.Az

 



Oxunub: 530

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.