dunyatv.az
CANLI YAYIN

Mingəçevirdə 37 yaşlı qadın özünü Kürə atıb 18 01 2016

18-01-2016, 08:00

Mingəçevirdə 37 yaşlı qadın özünü Kürə atıb

 
 

Mingəçevir. Elvin Yaqubov -APA. Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir şəhəri ərazisindən keçən Kür çayı üzərindəki körpüdə qeydə alınıb. Şəmkir rayonu Çənlibel kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynova Səbinə Hüseyn qızı özünü Kür çayına ataraq intihar etmək istəyib. Yaxınlıqdakı insanların köməyi ilə qadın qısa vaxt ərzində sudan çıxarılaraq Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

 

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.  

 
Sosial səhifələrdə paylaş

 



Oxunub: 618

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.