dunyatv.az
CANLI YAYIN

"Elə adamlarla oturub-dururam ki, göylə getməyə vadar edirlər" 18 01 2016

18-01-2016, 08:14

"Elə adamlarla oturub-dururam ki, göylə getməyə vadar edirlər" 18 01 2016

 

"Elə adamlarla oturub-dururam ki, göylə getməyə vadar edirlər"

Müğənni Günay İbrahimli "ulduzluq xəstəliyinə" tutulduğunu deyib. 

Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində öz ünvanına təriflər yağdırıb:

"Ulduzluq edirəm, belə lazımdır. Elə insanlar var ki, onların qarşısında ulduz kimi davranmalısan. Adi həyatda necəyəmsə, efirdə o cür oluram. Amma kənarda elə adamlarla oturub-dururam ki, göylə getməyə vadar edirlər. Sözümü deməyəndə tapdalayıb keçirlər. Adımı təsdiqləməzdən əvvəl mən heç kimə maraqlı deyildim. İndi amma hər şey başqa cürdür".

G.İbrahimli hər kəsi təəccübləndirəcəyini iddia edib: 

"Yenilik axtarışındayam. Etmədiyim bir şeyi etmək istəyirəm. İstəyir məni özündənrazı, yekəxana kimi qəbul etsinlər. Üstümə böyük məsuliyyət düşüb: adımı qoruyub saxlamaq. Bundan sonra bunun üçün çalışacam".

Milli.Az


Oxunub: 769

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.