dunyatv.az
CANLI YAYIN

"Mənəm-mənəm deyən müğənnimizi Türkiyədə heç kim tanımır" 18 01 2016

18-01-2016, 08:16

"Mənəm-mənəm deyən müğənnimizi Türkiyədə heç kim tanımır" 18 01 2016

 

"Mənəm-mənəm deyən müğənnimizi Türkiyədə heç kim tanımır"

Müğənni Elnur Məmmədov türk telekanallarının müğənnilərimizə etdiyi haqsızlıqdan danışıb.
 Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "ATV Maqazin Onlarla" verilişinə açıqlamasında yerli müğənnilərin qonşu ölkədə tanınmamasının səbəbini belə izah edib:
 
"Bizim onların ifaçılarının kliplərini göstərib təbliğ etdiyimiz kimi, qonşu Türkiyə də azərbaycanlı ifaçıları təbliğ etsə, bizə maraq olar. Onlar bizə 40-70 minə klip çəkib, efirdə yayımına pul alırlar - bütün bunlar elə-belə şeylər deyil. Bizim kanallarımız da onların kliplərini verməsinlər, özümüzü təbliğ etsinlər. Onların uşağından-böyüyünə kimi əzbər tanıyırıq, amma orada bizim "mənəm-mənəm" deyən müğənnimizi heç kim tanımır. Sezen, Bülent bizə lazımdır? Bizimkilər orada verilişə pulsuz çıxmırlar, böyük qonorar verib proqrama qatılırlar. Burada elə müğənnilərin şəklini vurub konsertini elan edirlər ki, mən heç onları tanımıram. Amma bizim "pik"lərimiz var ki, Azərbaycanda tanınır, Azərbaycanda sevilir və elə Azərbaycan üçün də işləyir. Sənətdə də, musiqi və yaradıcılıq cəhətdən də mən özümüzü hər kəsdən üstün bilirəm. Bir-birimizi hörmətli edək".
Milli.Az



Oxunub: 503

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.