dunyatv.az
CANLI YAYIN

Rüfət Səfərovun həbsi barədə qərardan apellyasiya şikayəti verilib 18 01 2016

18-01-2016, 08:22

Rüfət Səfərovun həbsi barədə qərardan apellyasiya şikayəti verilib

 
 

Bakı. Şəhriyar Əlizadə - APA. Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı apellyasiya şikayəti verilib.

 

Bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, onun barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarından apellyasiya şikayəti verilib. Şikayətə yaxın günlərdə baxılacaq. B. Bayramov bu gün müdafiə etdiyi şəxslə görüşəcəyini də bildirib.

 

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

 



Oxunub: 695

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.