dunyatv.az
CANLI YAYIN

Bakıda poçtdan və mağazadan oğurluq edənlər tutulub 18 01 2016

18-01-2016, 10:15

Bakıda poçtdan və mağazadan oğurluq edənlər tutulub

Bakıda poçtdan və mağazadan oğurluq edənlər tutulub

 
 

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Tamerlan Məmmədov, 1996-cı il təvəllüdlü Zöhrab Məmmədov və Beyləqan rayon sakini 1993-cü il təvəllüdlü Qarakişi Əliyev saxlanılıb.

 

Müəyyən edilib ki, onlar yanvarın 10-na keçən gecə, Ş.Səmədov küçəsində yerləşən 33 nömrəli poçtdan, pəncərənin dəmir barmaqlığı sındırılmaqla içərisində 110 manat, 200 ABŞ dollar və poçt markaları olan seyf, yanvarın 15-nə keçən gecə, A.Ələsgər küçəsində Müşfiq Hüseynova məxsus mağazadan, qapını sındırmaqla 800 manat və 10.500 manat dəyərində tütün məmulatları və X.Məmmədov küçəsində yerləşən 3 saylı poçtun 123 saylı filialından, pəncərənin dəmir barmaqlığını sındırmaqla müxtəlif regionlardan gəlmiş vətəndaşlara məxsus 100 ədəd bağlama oğurlayıblar.

 

Faktla bağlı araşdırma aparılır. 

 



Oxunub: 657

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.