dunyatv.az
CANLI YAYIN

Azərbaycanda lisenziya verilmiş təhsil müəssisələrinin adları açıqlanıb 18 01 2016

18-01-2016, 12:32

Azərbaycanda lisenziya verilmiş təhsil müəssisələrinin adları açıqlanıb

 
 

Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ilin yanvar ayının 1-dən oktyabr ayının 20-dək Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş təhsil müəssisələrinin adları açıqlanıb.Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 16 məktəbəqədər təhsil müəssisələrinə lisenziya verilib.

 

Bunlar "Pleyorena” məktəbəqədər tərbiyə müəssisəsi, "Yeni Nəsil” körpələr evi-uşaq bağşası MMC, "Yeni Nəfəs” uşaq bağçası, "Günəş” məktəbəqədər tərbiyə müəssisəsi, "Göy Qurşağı 2013 Uşaq bağçası” MMC, "Sehrli Aləm” körpələr evi-uşaq bağçası, "İnci Balalar” körpələr evi-uşaq bağçası MMC, "Nağıl-Lənkəran” körpələr evi-uşaq bağçası MMC, "İlk addım” uşaq bağçası, "Macik Haus” uşaq bağçası, "Körpə Ulduz” uşaq bağçası, "Sehirli Dayə” uşaq bağçası, Bakı İstedadlar Təhsil Kompleksi (bağça), "Oskar körpələr evi-uşaq bağçası, "Cücələrim” körpələr evi-uşaq bağçası və "Billur uşaq bağçası” MMC-dir.

 

Lisenziya müddəti uzadılmış ali təhsil müəssisələri Qafqaz Universiteti, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti və M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, lisenziya verilmiş ali təhsil müəssisəsi Dövlət Gömrük Komitəsinin Akademiyası, lisenziya verilmiş ümumi təhsil müəssisələri Bakı istedadlar Təhsil Kompleksi (məktəb), "Müasir İnnovasiyalar Liseyi”, "Xabad or-Avner Məktəbi” MMC, lisenziya verilmiş əlavə təhsil müəssisələri Təhsildə İnnovativ Texnologiyalar  Əlavə Təhsil Mərkəzi və Əmlak Məsələləri Dövlət Komitəsinin Təlim-Tədris Mərkəzi olub.

 

Qeyd olunub ki, Azərbaycan prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən xüsusi razılığın (lisenziyanın) verilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.

 



Oxunub: 959

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.