dunyatv.az
CANLI YAYIN

Azərbaycan prezidenti: “Süni bahalaşmaya qarşı ciddi mübarizə aparmaq vacibdir” 18 01 2016

18-01-2016, 12:34

Azərbaycan prezidenti: "Süni bahalaşmaya qarşı ciddi mübarizə aparmaq vacibdir”

 
 
Bakı-APA. "Süni bahalaşmaya qarşı ciddi mübarizə aparmaq vacibdir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib.

 

Dövlət başçısı bildirib ki, işbazlar qiymətləri süni şəkildə qaldırmağa çalışırlar: "Görülən tədbirlər nəticəsində çörək və unun qiyməti əhəmiyyətli dərəcədə düşüb. Bu da sosial təşəbbüsdür. İlk növbədə çətin vəziyyətdə olan insanların vəziyyətini nəzərə alaraq biz bunu edirik. Gələcəkdə çalışmalıyıq ki, bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud siyasi maraqları üçün istifadə etmək istəyirsə, cəzasını alacaq. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar. Azərbaycanda son illər ərzində əldə edilmiş uğurları biz qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən şəxsi maraqları üçün istifadə etsin”. 

 



Oxunub: 672

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.