dunyatv.az
CANLI YAYIN

İki gün əvvəl ərini itirən Selin Dionun qardaşı vəfat edib 18n 01 2016

18-01-2016, 12:36

İki gün əvvəl ərini itirən Selin Dionun qardaşı vəfat edib

 
 

Bakı-APA. Yanvarın 14-də həyat yoldaşı Rene Ancelilini itirən dünya şöhrətli kanadalı müğənni Selin Dion daha bir ağır itki ilə üzləşib.  

 

APA-nın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, müğənninin 59 yaşlı qardaşı Daniel Dion yanvarın 16-da səhər saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.  

 

Qeyd edək ki, yanvarın 14-də Selin Dionun həyat yoldaşı 73 yaşlı Rene Ancelil Las Veqasdakı evində vəfat edib. O, uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Qeyd edək ki, cütlük 1994-cü ildə ailə həyatı qurublar və üç uşaqları var.

 
Sosial səhifələrdə paylaş

 



Oxunub: 568

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.