dunyatv.az
CANLI YAYIN

Xalq artisti İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılacaq 18 01 2016

18-01-2016, 12:37

Xalq artisti İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılacaq

 
 

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti İlhamə Quliyeva bu gün Mərkəzi Neftçilər xəstəxanasından evə buraxılacaq. İ. Quliyeva APA-ya bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Səhhətimdə olan bütün problemlər aradan qaldırılıb. Artıq ayaq üstəyəm, bu gün xəstəxanadan çıxacağam. Mənə göstərdikləri diqqətə görə xəstəxananın bütün həkim heyətinə, rəhbərliyinə təşəkkür edirəm”.

 

İ. Quliyeva əlavə edib ki, evdə həkim nəzarətində olacaq: "Yəqin ki, dərmanlar, həblər qəbul edəcəyəm. Həkim nəzarətinin olması vacibdir. Əsas odur, təhlükə tamam sovuşub”. 

 


Oxunub: 771

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.