dunyatv.az
CANLI YAYIN

15 dərəcə isti olacaq 18 01 2016

18-01-2016, 12:44

15 dərəcə isti olacaq

18 Yanvar 2016 12:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam çiskinli olacağı gözlənilir.

Milli.Az bildirir ki, bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 19-da hava şəraitinin, əsasən, səhər və axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Milli.Az

 



Oxunub: 714

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.