dunyatv.az
CANLI YAYIN

İçi doldurulmuş ördək 19 01 2016

19-01-2016, 08:27

İçi doldurulmuş ördək 19 01 2016

 

İçi doldurulmuş ördək

Milli.Az içi doldurulmuş ördəyin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 ördək 
kartof
portağal
mixək

iç: 

1/2 ördəyin döş əti
1 baş soğan
350 q xırda şampinyon 
1 st. qarabaşaq yarması, yaxud qaragöz lobya 
4 albuxarı
1 ovuc fıstıq 
alma 
rozmarin budağı 
1 diş sarımsaq 
1 ç.q. təzə zəncəfil 

İç: Ördəyin döş ətini və soğanı ayrılıqda xırda doğrayın. Kiçik şampinyonlardan istifadə edin,  təmizləyin, amma doğramayın. Qarabaşaq yarmasını suda bişirin. Qarabaşaq yarması yerinə qaragöz lobya götürə bilərsiniz. O zaman lobyanı 8-10 saat isladın, sonra yumşalınca bişirin. Albuxarıları yuyun, almaları xırda doğrayın. Sarımsağı 4 yerə bölün, zəncəfili xırda doğrayın. 
İç üçün olan ərzağı qarışdırıb təmizlənmiş ördəyin içinə doldurun, tikin. 

Əvvəlcə 200, sonra isə 170 dərəcə qızdırılmış sobada 2 saat bişirin. 

Sobaya qoyandan bir saat sonra çıxarıb ördəyin kənarlarına yuyulub doğranmış kartof, saat yarım sonra isə - alma, soğan, sarımsaq, portağal dilimləri və mixək düzün. 

Nuş olsun! 

Milli.Az 



Oxunub: 766

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.