dunyatv.az
CANLI YAYIN

Sərhədçilər dənizdə qalmış üç balıqçını xilas ediblər 20 01 2016

20-01-2016, 05:51

Sərhədçilər dənizdə qalmış üç balıqçını xilas ediblər

 
 
Bakı - APA. Yanvarın 16-da saat 18:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Mayak” sahil nəzarəti məntəqəsinə bir qayığın 3 nəfər balıqçı ilə birlikdə dənizdən qayıtmadığı barədə məlumat daxil olub.

 
DSX-nın Mətbuat MərkəzindənAPA-ya verilən məlumata görə, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib. 
 
Neftçala rayon Kürkənd kənd sakinləri Əhmədov Taleh Hacıbala oğlu, Şirəliyev İxtiyar Şirəli oğlu və Ağacanov Bəxtiyar Əsəd oğlu 17 yanvar saat 00:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar. 

 



Oxunub: 827

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.