Ötən il Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı 5 dəfə azalıb 21 01 2016

  1. Ötən il Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı 5 dəfə azalıb

     
     

    Bakı. Aqşin Rafiqoğlu – APA-Economics.Ötən ilin yanvar-dekabr aylarında Gürcüstandan Azərbaycana 63 567,3 min dollar dəyərində 3 455 ədəd minik avtomobili ixrac olunub.

     

    Bu barədə "APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

     

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 098 ədəd avtomobil və ya 5,08 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4,21 dəfə azalıb.

     

    Qeyd edək ki, ötən il ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 26,44% təşkil edib.

     

    Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 35,38%-ni təşkil edib.

     

    Ötən il ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 10,91% təşkil edib.

     

    Qeyd edək ki, 2015-ci ildə Gürcüstandan Azərbaycana 240 430,2 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 12 ayı ilə müqayisədə 2,26 dəfə azdır.

     

  • Müəllif: peris
  • Tarix 21-01-2016, 05:46
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 512
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac