Bu gün Azərbaycanın 3 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq 21 01 2016

Bu gün Azərbaycanın 3 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

 
 

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Yanvarın 21-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin "Alvadı”, ''Göytəpə'', ''Cəlilabad'', ''Azadkənd'' ''Nərimankənd'', ''Qaratəpə'', ''Axundov'', ''Sabirabad'', ''Otuzikilər'', ''Saatlı'', ''İmişli'', ''Qaraçala'' və "Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

 

SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, təmir müddətində Masallı rayonun Təzə Alvadı, Köhnə Alvadı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


 


  • Müəllif: peris
  • Tarix 21-01-2016, 06:33
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Şəkillər
  • Baxılıb: 491
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac