Sabah axşam yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq 22 01 2016

Sabah axşam yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq

 
 

Bakı. Fərid Mirzəyev - APA. Yanvarın 23-də Bakı və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gecədən arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6 isti, gündüz 7-9 dərəcə isti olacaq.

 

Yanvarın 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, lakin axşama doğru yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 isti, gündüz 7-12 isti, dağlarda gecə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 5-10 şaxta, gündüz 0-5 isti olacağı gözlənilir. 

 

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, yanvarın 25-26-da Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi, yağıntılı hava şəraiti və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir.

 
Sosial səhifələrdə paylaş

 


  • Müəllif: peris
  • Tarix 22-01-2016, 10:38
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Şəkillər
  • Baxılıb: 370
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac