Lənkəran İH başçısı şəhər sakinləri ilə görüşüb 22 01 2016

Lənkəran İH başçısı şəhər sakinləri ilə görüşüb

 

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhər sakinləri ilə görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, görüşdə İcra Hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət bölmələrinin rəhbər işçiləri və 600 nəfər şəhər sakini iştirak edib.

 

Tədbirdə çıxış edən icra başçısı Taleh Qaraşov ölkənin və rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan söz açaraq ölkədə yaradılmış iqtisadi potensialın bu gün dövlətin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu  dəhşətli böhranın təsirindən qoruduğunu deyib.

 

O, eyni zamanda qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin ölkənin neft gəlirlərindən asılılığının azaldılmasına istiqamətlənmiş uğurlu siyasət olduğunu və Azərbaycan xalqının bu siyasətdən razı qaldığını bildirib.

 

Görüşdə çıxış edən şəhər sakinləri ölkə başçısının davamlı diqqəti ilə Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını söyləyiblər.

 

Çıxışçılar ölkə prezidentinin anti-böhran tədbirləri, maaş və müavinətlərin artırılması, çörək və un məhsullarının qiymətlərinin tənzimlənməsi ilə bağlı sərəncamlarını alqışladıqlarını bildiriblər.

 

Sonda İH başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək, onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.   

 


  • Müəllif: peris
  • Tarix 22-01-2016, 12:37
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 540
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac